13 Ocak 2016 Çarşamba

MİKAYIL MÜŞFİQ

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938[1]) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir.[2].Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).