Şair və Yazarlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Şair və Yazarlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Ocak 2016 Çarşamba

MİKAYIL MÜŞFİQ

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938[1]) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir.[2].Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

16 Kasım 2015 Pazartesi

MİR MEHDİ ETİMAD (NATİQ)

Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) 1900-cu ildə Təbrizdə ziyalı ailəsində dünyaya gəlmişdir. Doğulduğu şəhərdə Molla Yusifin köhnə tərzli təhsil verən məktəbində dini təhsil almış, sonra təhsili Mirzə Əbülqasım Xanın yeni tərzli təhsil verən məktəbində davam etdirmişdir. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsili başa vurmuşdur. Burada bir çox elmlərə yiyələnən Etimad bununla kifayətlənməmiş, ədəbiyyat biliyini genişləndirməyə başlamışdır. Gənc yaşlarından ədəbiyyata bağlanan Mir Mehdi Etimad İranda azadlıq şüarlarını dilə gətirən ilk şairlərdən idi. 

NAZİM HİKMƏT

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

18 Ekim 2015 Pazar

SEYID ƏBÜLQASİM NƏBATİ

Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış nəbati tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı.Şair qoşmalarının birində öz əsil-nəsəbi haqqında məlumat verərək yazır:

Meydani-eşq içrə səyirtdim atı,
Müxəssər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haçimi, əslimiz ərəb.

15 Ekim 2015 Perşembe

MƏMMƏD ARAZ

Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Həyatı
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir.

7 Aralık 2011 Çarşamba

ƏLİAĞA VAHİD


İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) (1895, Bakı - 1 oktyabr 1965, Bakı) — Azərbaycan şairi, qəzəlxan, Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

22 Kasım 2011 Salı

SƏMƏD BEHRƏNGİ

Səməd Behrəng (1939-1968)
Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Təbriz şəhərində, fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada "Tərbiyyət" məktəbində almışdır. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxmışdır. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazmışdır.

19 Kasım 2011 Cumartesi

BULUD QARAÇORLU (SƏHƏND)


Mənim məsləyimdə, mənim yolumda
Millətlər hamısı dostdur, qardaşdır

Bulud Qaraçorlu 1305 ilində (1926 ilində) Marağa şəhərində anadan oldu. Doğum günündə yağışın yağması səbəb oldu ki atası onun adını Bulud qoysun. Ancaq Pəhləvi rejiminin kimlik mərkəzi bu adi münasib!! görməyib və onun adını Bəhlud yazdılar!.

Bulud Qaraçorlu, Pəhləvi rejiminin boğuntusunda "Sazımın sözü" adlı şer kitabı ilə iranda yasaq olunmuş Türk dilinin gücünü bir daha isbat edib, Azərbaycan xalqına bir çırağ kimi yol göstərən oldu.

3 Kasım 2011 Perşembe

Məhəmmədhüseyn Şəhriyar


Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 - 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir.

1 Kasım 2011 Salı

HABİB SAHİR


HABİB SAHİR , HƏSRƏT ŞAİRİ

"Həmd olsun aləmlərin mehriban tanrısına, qiyamət günlərinin ağasına, Yarəb bizlər sənə qulluq edər və səndən yardım dilər, Yarəb göstər lütfən bizlərə doğru yolu, o yol ki yolsuzların, azğınların yolu deyil"

Bu fatihə surəsinin, Həbib Sahirin qələmi ilə Azərbaycan türkçəsinə çevirilmişidir!
Həbib Sahır İranın şeirində bir başa öncülüdür və yeni türk şeirinin (ağ şeirin) atasıdır. O divan-ı ədəbiyyatı kökündən dəyişib və əskı mövzuları qaranlıqlara buraxıb və klasik qalıblərində isə şeir yazmış olsada qalıblərə qalib gəlib və nəhayət yenili ilə zəfər çalıb. Həbib Sahir bir böyük insan olaraq şeirin tanış adıdır.

Məmməd Səid Ordubadi


Ordubadi Məmməd Səid (24.3.1872, Ordubad şəhəri, 1.5.1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1938). Şair Fəqir Ordubadinin oğludur. İlk təhsilini mollaxanada almış, sonra isə görkəmli maarifçi M. T. Sidqinin yeni üsullu "Əxtər" məktəbində oxumuşdur. Atasını erkən itirdiyindən şəhərdəki ipək fabrikində fəhləlik etmişdir.
 Yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, zəmanənin haqsızlıqlarını tənqid edən şerlər yazmışdır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. 

Hüseyn Cavid


Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə, 24.10.1882, Naxçıvan şəhəri - 5.12.1941, Rusiya, İrkutsk vilayəti) - şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslubda ilk şerlərini də "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

Mirzə Ələkbər Sabir


Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:

Xəlil Rza Ulutürk


Xəlilov Xəlil Rza oğlu - şair, tənqidçi, ədəbiyyatşünas, 1954-cü ildən Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1985), aparıcı elmi işçi (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundzadə adına ədəbi mükafatın laureatı (1991), Azərbaycanın xalq şairi (1992).

1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Salyan şəhərində 2 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsiniin jurnalistika şöbəsində təhsil almışdır (1949-1954).

Süleyman Rüstəm

Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.

Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.

29 Ekim 2011 Cumartesi

Şah İsmayil Xətai


Şah İsmayil Xətai (1487-1524)
Şah İsmayıl Xətai (Ərdəbildə dəfn olunmuşdur) - Azərbaycan Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə, şair. Şeyx Heydərin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heydərin ölumündən (1488) sonra kiçik yaşlı Ismayılı anası və qardaşları (Sultanəli və İbrahim) ilə birlikdə həbs etdirdi. Sultan Yaqubun ölümündən sonra Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin oğlanları 1492-ci ildə həbsdən azad olundu.

27 Ekim 2011 Perşembe

Füzuli


Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır.

İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

      "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətayiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Nəsimi


Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir. "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
      10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.

25 Ekim 2011 Salı

Bəxtiyar Vahabzadə



Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərndə anadan olmuşdur. Azərbaycan'ın xalq şairidir.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan xalq şairi Bəxtiyar Vahabzadə'nin adı təkcə respublikamızda deyil, onun hududlarından çox-çox uzaqlarda tanınır. Bəxtiyar Vanabzadə şair, dramaturq, istedadlı alim və publisist olmaqla yanaşı, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi də tanınır və sevilir. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş Sovet Birliyi*nin bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.