19 Kasım 2011 Cumartesi

BULUD QARAÇORLU (SƏHƏND)


Mənim məsləyimdə, mənim yolumda
Millətlər hamısı dostdur, qardaşdır

Bulud Qaraçorlu 1305 ilində (1926 ilində) Marağa şəhərində anadan oldu. Doğum günündə yağışın yağması səbəb oldu ki atası onun adını Bulud qoysun. Ancaq Pəhləvi rejiminin kimlik mərkəzi bu adi münasib!! görməyib və onun adını Bəhlud yazdılar!.

Bulud Qaraçorlu, Pəhləvi rejiminin boğuntusunda "Sazımın sözü" adlı şer kitabı ilə iranda yasaq olunmuş Türk dilinin gücünü bir daha isbat edib, Azərbaycan xalqına bir çırağ kimi yol göstərən oldu.


Buludun şerlərində insanlıq və birlik dalğalanır. Onun şerləri vətən eşqi, Azadlıq, milli haqlar və sevgi zümzümə edir.
Bulud, Azərbaycanlı olmağına və ana dilinə fəxr edib, güvənirdi. Elə bu duşuncələrindən dolayı Pəhləvi dövründə xoş bir gün görmədi.

Daima rejimin məmurları tərəfindən əziyyət olub, basqı və sıxıntı altında saxlanılmışdır. Amma Bulutun inancı, öz vətəninə olan uca sevgisi və böyük eşqi bu əziyyətlər və basqılara üstün gəlib, iradəsi ilə satqınları həmışə ümidsiz edirdi.

Bulut 1346-ci ilinin bəhmən ayında ustad Şəhryarı görmək üçün tehrana gedir, ancaq Şəhryar ki bu illərdə dünyadan əl üzüb, öz evindən eşiyə çıxmırdı Bulutu görmək istəmirdi. Şəhryarı görmək şövqu Bulutu məcbur edir öz ana dilində bir şer yazıb, ustad Şəhryara göndərsin. Bu məktub "Səhəndiyyə" əsərinin yaranmasına səbəb oldu. Artıq hər kəs Bulutu "Səhənd" ləqəb ilə də tanıyırdı.

Bu Azadlığa həsrət qalan duyğulu və mübariz sair 1358-ci ilinin fərvərdin ayının 21-ində (1979-cu ilinin april ayının 10-unda) dünyasını dəyişir. Səhəndin vətən eşq ilə çırpınan ürəyi doyunməkdən dayanır və bütün haq sevən, haq üçün mübarizə edən insanları qəmə, yasa buruyur. Səhəndin ruhu şad və yolu dəvamlı olsun!.

Hiç yorum yok:

Yorum Gönder