Nizami Gəncəvi (1141-1209) |
Başdan ayağa göz oldu özünü görmək için,
Ey üzü gül, saçı sünbül, boyu ərər nərgis.
Uz vurub toprağa o üzləri özlər lalə,
Göz açıb bağda ol gözləri gözlər nərgis.
Hanı ağzın kimi bir şivəyə məzhər qunçə?
Hanı çeşmin kimi bir nəvr müsəvvər nərgis.
Dəhənin hoqqəsinin dorci ləbaləb gohər,
Gər nəzər ola xudavənd qədər güdrətdən,
Gözlərin kimi ola mədhətdə dər xor nərgis.
Bir xudavənd-i cəhan bəxş səma qədr, ki onu,
Bağ qədrində məh-o mehr ola kəmtər nərgis.
Kimdir əvvəl xosrove afaq məhəmmədxan kim,
Gerd-i rəhindən edər dide münəvvər nərgis.
Xosra gər nəzər tərbiyətin daşa irə,
Necə naqabil isə, bitirə, mərmər nərgis.
Kəşf ola gözlərinə qeybi səmavatilə ərz,
Tab nur nəzərindən bola gər, fer, nərgis.
Gər şəfaxaneye lütfündə irə şərbət xas,
Yeyər qan rəncilə, olmaya(olmaz) ləbtər nərgis.
Zər dəvatilə zümürrüd qələm-o moşk-o midad,
Tutduğu buki sənin mədhini yazar nərgis.
Nazənin vəsfinə gər yazma dəstur bula,
Gözlərinin vərəqindən düzə dəftər nərgis.
Ağız açıb gözlər oyunu, ey şah-i cəhan,
Üzünü görmək ola diyə, möyəssər, nərgis.
Sən fələk qədri, molksanəni gər görsə gözü,
Adəmi olduğuna etməyə(etməz) bavər nərgis,
Götürüb əllərini üzünü gölərə tutar,
Dovlət-o ömrünə qılmağa dualar nərgis,
Gərde rəzm içrə nəzər eyləsən tiğinlə, sənə,
Zülmət içində görə xəzr-o səkəndər nərgis.
Gözü görsə kəmin çakirin ola(olar) gər ona,
Qulların ilə şəh, olmaqda müxəyyər nərgis.
Bulmaya(bulmaz) cahidə kəmtər qulunun mərtəbəsi,
Gər edə hökmünə afaq-i mösəxxər nərgis.
Tac zər örnübən geçdi zümürrüd təxtə,
Əvvəlindən börünsün xəzə çakir nərgis.
Gecə kiprikli gözün yummayaban sübhə dəkin,
Bir ayağ üzə durub xidmətin eylər nərgis.
Hiç yorum yok:
Yorum Gönder