Xəlilov Xəlil Rza oğlu - şair, tənqidçi, ədəbiyyatşünas, 1954-cü ildən Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1985), aparıcı elmi işçi (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundzadə adına ədəbi mükafatın laureatı (1991), Azərbaycanın xalq şairi (1992).
1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Salyan şəhərində 2 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsiniin jurnalistika şöbəsində təhsil almışdır (1949-1954).
Əmək fəaliyyətinə "Azərbaycan qadını" curnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır (1955-1957). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olmuşdur (1957-1959), sonra APİ-də baş müəllim işləmişdir (1959-1960). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışırdı (1969-cu ildən). "Günay" qəzetiinn baş redaktoru olmuşdur (1993-cü ildən). İlk mətbu şeri - "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur. Bu vaxtdan dövri mətbuatda şerləri, ədəbi tənqidi məqalələri ilə müntəzəm çıxış etmişdir. "Bilik" cəmiyyətinin xətti ilə ölkəmizin şəhər, kənd və qəsəbələrində bədii ədəbiyyatın aktual problemlərinə dair mühazirələr oxumuş, Azərbaycan və dünya mədəniyyətini təbliğ etmişdir. Dünya poeziyasından tərcümələrini "Turan çələngi" (1992) kitabında toplu halda çap etdirmişdir. Azərbaycan yazıçıları dəstəsi tərkibində Türkiyədə səfərdə olmuş (1968), Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). "Bilik" cəmiyyətinin diplomu ilə təltif olunmuşdur (1983).

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə fəal iştirak etmiş, 1990-cı ilin yanvarında həbs edilib Moskvada Lefortovo zindanında 22 ay saxlanmış, ictimaiyyətin və Xəlil Rza müdafiə komitəsinin tələbi ilə azadlığa buraxılmışdır.
1994-cü il iyunun 22-də vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Hiç yorum yok:
Yorum Gönder