Dilçilik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dilçilik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

18 Ekim 2015 Pazar

SƏSLƏRİN (HƏRFLƏRİN) YAZILIŞ QAYDALARI

I. Ünlü səslərin (Səsli hərflərin) yazılışı

1. İlk səsi bəzən e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək, erkək, ehkam vb.

2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.

3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır: a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb. b) ə ilə yazılan sözlər;örn.: çəkic, çəkmək, çəyirtkə, pəncərə vb26.

4. İlk hecasındakı ünlü səsi tam sabit olmayıb ö, e, o, ü, ə ünlülərindən bir neçəsinin iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə, nöqsan, nöqtə, hökumət vb.

5. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi həm ə, həm də i ilə deyilən sözlər ə ilə yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb.

ŞƏKİLÇİLƏRİNİN YAZILIŞ QAYDALARI

Dilçilikdə sözün tərkib hissələri kök və şəkilçi olmaqla iki yerə ayrılır. Akademik çalışmaları bir yana qoysaq, geniş yayılmış düşüncəyə görə, kök – sözün ayrılıqda işlənə bilən və leksik anlam daşıyan hissəsidir; Ģəkilçi isə sözün ayrılıqda işlənə bilməyib yalnız kökə artırılan və leksik anlam daşımayan hissəsidir. Adətən, yazıda şəkilçidən öncə cızqı (defis) işarəsi qoyular və neçə cür yazılması şəkilçinin üstündə rəqəmlə göstərilər; örn.: -lar2 (yəni bu şəkilçi -lar və -lər olmaqla iki cür yazılır), -çı4 (yəni bu şəkilçi -çı, -çi, -çu və -çü olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz; örn.: -gil, -varı vb.

Azərbaycan türkcəsinin bütün şəkilçiləri kökə artırılarkən yazılış tərzindən asılı olaraq iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.

17 Ekim 2015 Cumartesi

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA (YAZI) QAYDALARI

Saitlərin yazılışı
“O” saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.

“Ü” saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.

Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

11 Ekim 2015 Pazar

Ana dilimizin yazı qaydaları (2)

Güney Azərbaycanda yazı dilimiz məcburən Farsca olduğu üçün Farscanın təsiri həm təfəkkürümüzdə həm də Türkçə yazdığımızda özünü göstərməkdədir. Mesela Fars dilində “və” bağlayıcısı çox istifadə edilməkdədir. Bu üzdən də uzun uzun cümlələr yaranır ki, bu şəkildə cümlə quruluşu, Türk dilinin özəlliyi deyildir. Türk dilinin böyük bir özəlliyi fikiri ən qısa yolla ifadə etməkdir. Bu səbəbdən də Türkcədə “və” bağlayıcısı yerinə daha çox nöqtə istifadə edilir. İfadənin yığcam və rahat şəkildə olunması Türk dilinə aid olan bir özəllikdir.

Ana dilimizdə cümlənin içində vergülün harda istifade edilməsi Güney Azərbaycanda hələ də anlaşılmış deyildir. Vergül, Türkcəmizdə nə zaman və harda istifadə edilir?

Ana dilimizin yazı qaydaları (1)

Ana dilimizdə oxumadığımız və yazı alışqanlığımızın olmaması üçün yazdığımız zaman bəzı əngəllərlə qarşılaşırıq. Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq, ancaq yene de Ərəb əlifbasında belə “ək”lərin (şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı haqda ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya çıxdıqdan sonra Latın əlifbasında yazışmaq məcburiyəti ortaya çıxdı. Əslində bu özü özlüyündə bizim dilimiz üçün bir şans oldu. Yəni əlifba birliyinin yaranmasına internet dünyası böyük yardım etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci vahidi əlifbadır. Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir. Latın əlifbasının dilimizə çox uyğun və yatğın olduğunu bir çox alimlər söyləmişlər. Bu uyğunluq və yatğınlıq səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın əlifbasına keçmişlər.

8 Ekim 2015 Perşembe

Azərbaycan dilinin fonetikası

Azərbaycan dilində 9 sait və 23 samit fonem (26 samit səs) var. Saitlər qalın və incə, dodaqlanan və dodaqlanmayan, qapalı və açıq, dilönü, dilarxası və dilortası deyə qruplara bölünür. Kəmiyyətə görə isə adi, uzun və qısa deyə üç qrupa ayrılır:

1) qalın saitlər: - a, u, o, ı
2) incə saitlər - ə, e, ö, ü, i
3) dodaqlanan saitlər – o, u, ö, ü
4) dodaqlanmayan saitlər – a, e, ə, i, ı
5) dilönü saitlər - ə, i, e, ü
6) dilortası sait – e
7) dilarxası saitlər- a, i, o, u
8) qapalı saitlər – u, ü, ı, i, e
9) açıq saitlər – o, ö, a, ə

Çağdaş Azərbaycan əlifbası

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, azərbaycanlılar 1929-cu ilə qədər ərəb qrafikasından istifadə etmişlər. Azərbaycan dilində yazı 1929-1939-cu illərdə latın qrafikalı əlifba ilə, 1939-1991-ci illərdə kiril qrafikalı əlifba ilə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikalı əlifba ilə aparılır.

Azərbaycanlıların istifadə etdikləri əlifbalar

Azərbaycan ədəbi dilinin norma və üslubları

Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur.
Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:
1) Fonetik norma;
2) Leksik norma;
3) Qrammatik norma.

Ədəbi dilin forma və mərhələləri

Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir. 

Əski dövr
Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən dilxarici və dildaxili xüsusiyyətləri ilə seçilir. 

Azərbaycan dilinin dünya dilləri içərisində yeri

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. 
Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilidir. Bu dildən hal-hazırda vaxtilə İraqa köçmüş (ehtimal olunur  ki, bu köç ilk orta əsrlərdə baş verib. Bir başqa ehtimala görə, köç edən türklər qədim şumerlərin qonşusu olan qədim türklərin nəslindəndir) 200 minə yaxın insan da ana dili kimi istfadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əsasən Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayırlar. 

ÇAĞDAŞ TÜRK DİLLƏRİ

Türk dillərinin təsnifi içərisində məşhur türkoloq N.A.Baskakovun bölgüsü daha geniş yayılmışdır. N.A.Baskakov türk dillərinin tarixi inkişaf mərhələlərinin diqqətlə izləmiş və məhz bu mərhələlərdə baş verən dəyişmələri səciyyələndirərək, onları iki böyük qrupa bölmüşdür: 
1) qərbi hun qrupu dilləri; 
2) şərqi hun qrupu dilləri.

TÜRK DİLİNİN TARİXİ


Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsi olduğundan onun keçmişi haqqında tam məlumat almaq üçün türk dilinin tarixinə diqqət yetirmək lazımdır.
Son dövrün araşdırmalarına görə, türklər və türk boyları haqqında məlumatlara e.ə. III-II minilliyin qaynaqlarında rast gəlinir. Ancaq bəzi arxeoloji və paleontoloji bilgilərə görə, türklər e.ə. IX-VIII əsrlərdə artıq tarix səhnəsinə çıxmışdılar. Tarixə dəyişik boy, qəbilə, soy adları ilə çıxan, eyni kökə bağlı, dil, din, irq və mədəni birliyini qoruyan bu etnos təbii ki, türk adını da çox qədimdən bəri yaşatmaqdadır. Tam dəqiq olan budur ki, türk adını daşıyan bu etnos V-VIII əsrlərdə müasir Monqolustan ərazisində Göytürk xaqanlığını qurmuşlar. Mərkəzi Monqolustanda olan Göytürk xaqanlığı qərb tərəfdən Orta Asiyanı birləşdirən, sərhədləri Qara dənizə qədər uzanan böyük xaqanlıq olmuşdur.