Azərbaycan dilində 9 sait və 23 samit
fonem (26 samit səs) var. Saitlər qalın və incə, dodaqlanan və dodaqlanmayan,
qapalı və açıq, dilönü, dilarxası və dilortası deyə qruplara bölünür. Kəmiyyətə
görə isə adi, uzun və qısa deyə üç qrupa ayrılır:
1) qalın saitlər: - a, u, o, ı
2) incə saitlər - ə, e, ö, ü, i
3) dodaqlanan saitlər – o, u, ö, ü
4) dodaqlanmayan saitlər – a, e, ə, i,
ı
5) dilönü saitlər - ə, i, e, ü
6) dilortası sait – e
7) dilarxası saitlər- a, i, o, u
8) qapalı saitlər – u, ü, ı, i, e
9) açıq saitlər – o, ö, a, ə
Azərbaycan dilində oğuz qrupuna daxil
olan türk və qaqauz dillərində, əksər türk dillərində olmayan ə saiti geniş
yayılmışdır.
Azərbaycan dilində ı saiti söz əvvəlində
müşahidə olunmur.
Azərbaycan dilində samitlər də iki yerə
bölünür: kar və cingiltili samitlər. Cingiltili və kar samitlərin çoxu cütlük təşkil
edir:
Cingiltili samitlər: [b] [c]
[d] [g] [ğ] –
[j] [q] [l] [m] [n] [r] [v] [y] [z]
Kar samitlər: [p]
[ç] [t] [k]
[x] [h] [ş] [k`]
- - -
- [f] [x`] [s]
Azərbaycan dilində heç bir türk dilində
olmayan kipləşən dilortası, kar (k) və cingiltili (g) samitləri vardır. Eyni
zamanda söz önündə h samitinin mühafizəsi də spesifik əlamət kimi qeyd
olunmalıdır.
Y samiti söz əvvəlində dialekt və şivələrdə
geniş yayılsa da, ədəbi dildə düşə də bilir: üzük-yüzük, ürək-yürək, üz-yüz və
s.
Azərbaycan dilində ğ samiti söz əvvəlində
işlənmir. Bundan başqa, Azərbaycan dili samitlərinin söz ortasında qoşalaşması
(geminat) hadisəsi də (saqqal, addım, səkkiz və s.) spesifik xüsusiyyət kimi
qeyd edilməlidir.
Bütün türk dilləri üçün səciyyəvi olan
ahəng qanunu Azərbaycan dilində də mühafizə olunur. Bu qanun daha çox damaq ahəngində
qorunur. Başqa sözlə, incə və qalın saitlər bir qayda olaraq bir-birini izləyir.
Digər türk dillərində olduğu kimi,
vurğu Azərbaycan dilində də dinamik səciyyə daşıyır. Bununla belə, bu dillərdə,
eləcə də Azərbaycan dilində vurğu, əsasən sözün son hecası üzərinə düşür. Azərbaycan
dilində bir qrup şəkilçi (inkar, sual, şərt, feli bağlama şəkilçiləri və s.)
vurğu qəbul etmir.
Hiç yorum yok:
Yorum Gönder