Türk dillərinin təsnifi içərisində məşhur türkoloq N.A.Baskakovun bölgüsü daha geniş yayılmışdır. N.A.Baskakov türk dillərinin tarixi inkişaf mərhələlərinin diqqətlə izləmiş və məhz bu mərhələlərdə baş verən dəyişmələri səciyyələndirərək, onları iki böyük qrupa bölmüşdür:
1) qərbi hun qrupu dilləri;
Qərbi hun qrupuna öz növbəsində dörd dil ailəsi daxil edilir:
1. Bulqar qrupu: qədim bulqar, qədim Xəzər və çuvaş dilləri.
2. Oğuz qrupu öz növbəsində oğuz-türkmən (qədim oğuz, türkmən və turuxmen dilləri), oğuz-bulqar (qədim peçeneq, uz və qaqauz dilləri) və oğuz-səlcuq (Səlcuq, qədim osmanlı, Azərbaycan və türk dilləri) yarımqruplarına bölünür.
3. Qıpçaq qrupu. Bu qrupa 3 yarımqrup daxildir: qıpçaq-polovets (qədim qıpçaq, kuman və ya polovets, karaim, Qaraçay-balkar, Krım tatarları və qumuq dilləri), qıpçaq-bulqar (Qızıl Orda ədədbi dili, başqırd və tatar dilləri) və qıpçaq-noqay (noqay, Qaraqalpaq, qazax və özbək dilinin qıpçaq dialektləri) yarımqrupları.
4. Karluq qrupu. Karluq-uyğur və karluq-Xarəzm yarımqruplarına bölünən bu dil ailəsinə bir neçə qədim (Qaraxanlılar dövlətinin dili, Qızıl Ordanın (şərqi) dili, Cağatay, qədim özbək) və iki müasir (özbək və yeni uyğur dilləri) daxil edilir.
Şərqi hun qrupuna iki böyük dil ailəsi – uyğur-oğuz və qırğız-qıpçaq dil ailələri daxil edilir. Uyğur-oğuz ailəsinə üç dil qrupu aiddir: uyğur-tukyuy (Orxon-Yenisey abidələrinini dili-qədim oğuz dili, qədim uyğur dili, Tuva və karaqas dilləri), yakut (yakut dili) və xakas (xakas, şor, kamasin, küyerik, çulım-tatar dilləri) qrupu.
Qırğız-qıpçaq qrupuna isə qədim qırğız, Altay və qırğız dilləri daxil edilir.
Hiç yorum yok:
Yorum Gönder