18 Ekim 2015 Pazar

SƏSLƏRİN (HƏRFLƏRİN) YAZILIŞ QAYDALARI

I. Ünlü səslərin (Səsli hərflərin) yazılışı

1. İlk səsi bəzən e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək, erkək, ehkam vb.

2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.

3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır: a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb. b) ə ilə yazılan sözlər;örn.: çəkic, çəkmək, çəyirtkə, pəncərə vb26.

4. İlk hecasındakı ünlü səsi tam sabit olmayıb ö, e, o, ü, ə ünlülərindən bir neçəsinin iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə, nöqsan, nöqtə, hökumət vb.

5. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi həm ə, həm də i ilə deyilən sözlər ə ilə yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb.


6. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi əsasən i, hərdən də ə ilə deyilən sözlər i ilə yazılır; örn.: qiraət, nicat, riayət, iddia, siyasət vb.

7. İlk hecasındakı ünlü səsi əsasən ü, bəzən də i ilə deyilən sözlər ü ilə yazılır; örn.: büllur, Füzuli, fürsət, hücum, şüar vb.

8. o ünlü səsi ilə işlənən alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır; örn.: avtomat, biologiya, velosiped, ensiklopediya, professor, motor vb.

9. İkincisi i olan iki ünlü səs yanaşı işlənərkən deyilişdə araya artırılan y ünsüzü yazıda göstərilməz; örn.: aid, ailə, daim, dair, zəif, mail, faiz, xain vb.

10. Ikinci hecasındakı ünlü səsi i, bəzən də ü ilə deyilen sözlər i ilə yazılır; örn.: müdir, mühit, münbit, münsif vb. Bu sırada təkcə mühüm və üfüq sözləri ü ilə yazılır.

11. Əslində təkhecalı olub sonu iki ünsüz səslə bitən və deyilişdə ünsüz səslər arasına i və ya bəzən də ü ünlüsü artırılan sözlər iki cür yazılır: a) deyilişə uyğun iki heca ilə yazılan sözlər; örn.: eyib, ətir, fikir, qədir, qisim, nəsil, ömür, sinif, şəkil vb. b) əslində olduğu kimi tək heca ilə yazılan sözlər; örn.: əmr, qeyd, qəbz, qəsr, nəsr, zülm vb.

12. İkinci hecasında i ünlü səsi olan sözlər iki cür yazılır:
a) əslində olduğu kimi i ilə yazılan sözlər; örn.: qəbih, səhih, təshih vb.
b) deyilişə uyğun olaraq e ilə yazılan sözlər; örn.: səfeh, tənbeh, təsbeh vb.

13. İkinci hecasındakı ünlü səsi həm ı, həm də u ilə deyilən sözlər iki cür yazılır: a) ı ilə yazılan sözlər; örn.: ağı, qayğı, qarpız, pambıq, yarpız vb. b) u ilə yazılan sözlər; örn.: armud, arzu, mahud, sabun vb.

14. Üçüncü hecasında ə ünlü səsi olan sözlər deyilişə uyğun olaraq i ilə yazılır; örn.: mübahisə, mübarizə, müdafiə, müqəddimə, müraciət, müzakirə vb.

15. Çeşidli hecalarında ia, io ünlüləri işlənən Avropa kökənli alınma sözlər necə deyilməsindən asılı olmayaraq, olduğu kimi yazılır; örn.: aksiom, dialektika, imperializm, materializm, sosializm vb.

16. Sonu a ünlü səsi ilə bitən Avropa kökənli alınma sözlər iki cür yazılır: a) sonuncu səsi atılarkən anlamı dəyişməyən sözlər a-sız yazılır; örn.: anket, aptek, dram, fabrik , kontor, qəzet, maşın, sistem vb. b) sonuncu səsi atılarkən mənası anlaşılmayan və ya başqa anlam verən sözlər a ilə yazılır; örn.: gimnastika, qrammatika, forma, norma, respublika, taktika vb.

17. İlk, bəzən də ikinci hecada ünlü səsin uzun olduğunu bildirmək üçün eynicinsli ünlü səs qoşa yazılır; örn.: bədii, camaat, maarif, maaş, mətbəə, təbii vb.

II. Ünsüz səslərin (Səssiz hərflərin) yazılışı

18. İlk səsi həm b, həm də p ilə deyilən sözlər iki cür yazılır: a) b ilə yazılan sözlər; örn.: bıçaq, biçin, bitmək, budaq, bütöv, bütün vb. b) p ilə yazılan sözlər; örn.: pişik, piti, pusqu vb.

19. İlk səsi həm d, həm də t ilə deyilən sözlər əslinə uyğun olaraq d ilə yazılır; örn.: dabana, day, damğa, dik, dikmək (gözünü), dükan, düşbərə vb.

20. İlk hecasındakı ünsüz səsi həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır; örn.: anbar, günbəz, sünbül, şənbə, zənbil vb. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

21. Söz ortasında həm q, həm də ğ ilə deyilən sözlər iki cür yazılır: a) q ilə yazılanlar; örn.: aqronom, əqrəb, manqal, monqol, orqan, təşviqat vb. b) ğ ilə yazılanlar; örn.: işğal, məşğələ, məşğul, rəğbət, təbliğat vb.

22. Deyilişdə sözortası ünsüz səslərinin yeri dəyişdirilərək işlənən bəlirli sözlər aşağıdakı kimi yazılır; örn.: çarpaz, çılpaq, irəli, kirpik, külfət, ösgürmək, yanlış, yarpaq vb.

23. Son səsi həm d, həm də t ilə deyilən sözlər d ilə yazılır; örn.: bulud, dörd, kənd, qurd, palıd, söyüd, yaşıd vb.

24. Son səsi həm z, həm də s ilə deyilən sözlər z ilə yazılır; örn.: almaz, Almaz, Araz, Xaçmaz, palaz, tovuz vb.

25. Son səsi k, g , y (yaxud cingiltili y ünsüzünün kar qarşılığı olan [xı] ünsüzü) ilə deyilən iki və ya çoxhecalı sözlər k ilə yazılır; örn: böyük, çiçək, çörək, hörümçək, kəpənək, kiçik, külək vb.

26. Son səsi ğ, x , q (yaxud cingiltili q ünsüzünün kar qarşılığı olan [kı] ünsüzü) ilə deyilən iki və ya çoxhecalı sözlər q ilə yazılır; örn: bulaq, qaşıq, qatıq, qonaq, ocaq , papaq, yanaq, yarpaq vb.

27. Son səsi əsasən x, bəzən də ğ ilə deyilən ikihecalı sözlər x ilə yazılır; örn.: darıx(maq), Qazax, Samux, vurnux(maq), Yevlax vb.

28. Son səsi c, ç, j və ya Ģ ilə deyilən sözlər c ilə yazılır; örn.: ağac, dinc, gec, güc, kərpic, qılınc, sac, süzgəc vb.

29. Sonu ng ünsüzləri ilə bitən sözlər deyilişindən asılı olmayaraq ng ilə də yazılır; örn.: ahəng, əhəng, dəng, qəşəng, pələng, tüfəng, zəng vb.

30. Əslində sonu eynicinsli qoĢa ünsüzlə yazılan iki və ya çoxhecalı sözlər bir ünsüzlə yazılır; örn.: ekspres, kilovat, konqres, mühüm, rəsmxət, sərhəd vb.

31. Təkhecalı sözlərin sonunda, iki və çoxhecalı sözlərin isə ortasında y, bəzən də g ilə deyilən sözlər y ilə yazılır; örn.: çiy, düymə, düyü, göy, göyərti, iydə, iynə, iyirmi, zəy vb. Ancaq burada digər, əgər, igid, məgər, Nigar, nigaran, şagird sözləri istisna olaraq g ilə yazılır.

32. Təkhecalı sözlərin sonunda, iki və çoxhecalı sözlərin isə ortasında işlədilən eynicinsli qoşa ünsüzin hər ikisi yazılır:
a) söz ortasında; örn.: addım, diqqət, izzət, məhəbbət, millət, minnət, səkkiz, tappıltı, tələffüz vb.
b) söz sonunda; örn.: fənn, haqq, hədd, həll, hiss, xətt, rədd, sirr, tibb, zənn, zidd vb.
Qeyd. Bu sözlərə ünsüzlə başlayan şəkilçi artırdıqda söz kökündəki qoşa ünsüzlərdən biri düşür; örn.: fən-lər, haq-lı, həd-siz, sir-daş vb. Ancaq hiss sözü istisnadır, çünki burda ünsüzün biri düşsə sözün anlamı dəyişər (tutuşdur: hiss “duyğu” – his “ocaq hisi”). Ona görə də, hiss sözünə ünsüzlə başlayan şəkilçi artırdıqda kök dəyişmir (yalnız -siz şəkilçisi artıranda üç s ünsüzü bir yerdə gəlməsin deyə biri düşər və hisssiz yox, hissiz yazılar).

33. Çeşidli hecalarında eynicinsli qoşa ünsüz olan alınma sözlər qoşa ünsüzlə də yazılır; örn.: assimilyasiya, attaşe, ballada, klassik, operetta, rejissor, sessiya vassal vb. Ancaq aparat, balon, masaj, paralel, pasaj, tunel və şose sözləri istisna olaraq bir ünsüzlə yazılır.

III. Ünlü və ünsüz səslərin yazılışı

34. Son hecasındakı diftonqu öv, öy və ya ö kimi deyilən sözlər öv ilə yazılır; örn.: bülöv, bütöv, kösöv vb.

35. Çeşidli hecalarındakı diftonqu çox zaman ov, bəzən də av, oy və ya o kimi deyilən sözlər ov ilə yazılır; örn.: alov, buxov, qovun, dovşan, ov, ovmaq, ovuc, oxlov, plov vb.

36. Həm et, həm də ə ilə deyilən sözlər iki cür yazılır: a) ə ilə yazılanlar; örn.: büdcə, komitə, fakültə vb. b) et ilə yazılanlar; örn.: immunitet, kabinet, süjet vb.

37. Son iki hecasında eynicinsli qoşa m (mm) ünsüzü və bəzən də a ünlüsü olan alınma sözlər a-sız və bir m ilə yazılır; örn.: diaqram, monoqram, proqram, stenoqram, teleqram vb.


38. Sözün ikinci və ya üçüncü hecasındakı ünlünü, eləcə də ünsüzü uzatmaq və ya daha aydın tələffüz etmək üçün alınma sözlərdə eynicinsli qoşa ünlü və ünsüzün hər ikisi yazılır; örn.: təəccüb, təəssüf, məəttəl, təəssürat, təəhhüd vb.

Hiç yorum yok:

Yorum Gönder