İnsandan insana körpümüz
sınıb,
Ya rəbbim, hamımız sənə
sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar
bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən
qoru,
Fil tutur, şir tutur hörümçək
toru.
Ya rəbbim, adilsən, hifz elə
bizi,
Halal ocaqlara üzv elə bizi.
Gör harda, gör necə Məcnunuq
hələ,
Qəbir qazmağınan məşğuluq hələ;
Külüng də bizimdi, torpaq da
bizim,
Batmış da, yatmış da, oyaq da
bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq
divanına.
Hələ mürgülüyük, xeyli
mürgülü,
Zurnalı, qavallı,
neyli-mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız
çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküləni yığan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş
Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa
"mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə",
"sizliyə" bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri,
Keçir ələyindən lovğa "mənləri",
Keçir bölünməklə öyünənləri.
Çoxluğa sədd olan
"azlığı" uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndgir
azların?
Kimdir yaradanı yaramazların?
"Əhdini
cəhdinə girov qoyanlar?!"
Adını deməyək, deyək ki,
"onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru
sən özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
Ya rəbbim, sən qaytar bizi
bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var, -
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz
çoban!
Qarışıb: xalq kimdi,
Xalqı çapan kim!
İşıq paylayan kim, işıq qapan
kim...
Bu necə yuxudu... ayılmaq
olmur,
Qaçanı qovandan ayırmaq olmur...
Nə qədər qaçacaq bu qaçan
yazıq?
Nə qədər qovacaq bu qovan
yazıq?
Ona "qaç" deyiblər
- qaçır beləcə,
Buna "tut" deyiblər
- qovur beləcə...
Ya rəbbim, mən sənə olanı
dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovuşsa, düz-düzə
qalsa,
Qalan dərdimizi yükləsək əgər -
Kəl olsa, nər olsa - qəddi əyilər.
Ya rəbbim, arabir düş
yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla,
qayıt...
Ya rəbbim, bu dünya sən quran
deyil.
Qudurğan sən görən qudurğan
deyil,
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağacda
yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən
deyil!
Bü sədlər, sərhədlər sən hörən
deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran
deyil,
Fəzada yerini dəyiş dünyanın...
1991
Hiç yorum yok:
Yorum Gönder