Nemətsə də
gözəl şer,
Şair olan qəm
də yeyir.
Ömrü keçir
bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir
deyir:
Saçlarına
düşən bu dən?
Şair, nə tez
qocaldın sən!
Dünən mənə
öz əlində
Gül gətirən
bir gəlin də
Gözlərində
min bir sual
Heykəl kimi
dayandı lal…
O bəxtəvər
gözəlin də
Mən oxudum
gözlərindən:
Şair, nə tez
qocaldın sən!
Ovçuluğa
meyil saldım,
Gecə –
gündüz çöldə qaldım,
Dağ başından
enib düzə
Bir ox kimi
süzə – süzə
Neçə ceyran
nişan aldım;
Cavab gəldi
güllələrdən:
Şair, nə tez
qocaldın sən?
Bəzən uca, bəzən
asta,
Ötür sazım
min sim üstə.
Andı yalan,
eşqi yalan,
Dostluğu da
rüşvət olan,
Ürək yıxan
bir iblis də
Üzəvari
deyir hərdən:
Şair, nə tez
qocaldın sən!
Saç ağardı,
ancaq ürək
Alovludur əvvəlki
tək.
Saç ağardı,
ancaq nə qəm!
Əlimdədir hələ
qələm…
Bilirəm ki,
deməyəcək
Bir sevgilim
, bir də Vətən:
-Şair, nə
tez qocaldın sən!
"Səməd Vurğun-1953"
Hiç yorum yok:
Yorum Gönder