Saitlərin
yazılışı
“O” saitli
alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır:
avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant,
obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor,
polkovnik.
“Ü” saitli
alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
Aşağıdakı
sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir,
zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif,
meyil, əsil, şeir.
Əslində sonu
a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur,
atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın,
perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Samitlərin
yazılışı
Birinci
hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər,
zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri
istisnadır.
Əslində sonu
qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres,
kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
Sonu -iy,
-skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır:
Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.
Qeyd. Kimyəvi
element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
Rus dilində
tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk,
sement, lisey.
Vitse sözü
istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts
yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
Rus dilində
tərkibində h olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında
isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
Əsli h samitli
alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn,
hospital, hotel.
Əsli c
samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
Əsli q
samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya,
genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.
Sözün
müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
Qoşa saitlə
deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
Təkhecalı
sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd,
sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə
samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri
düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
İki sait
arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi,
vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd.
Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran
sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram,
proqram, stenoqram, teleqram.
Şəkilçilərin
yazılışı
Sözdüzəldici
şəkilçilər aşağıdakı kimi yazılır:
Bir cür
yazılan şəkilçilər:
-i və ya -vi
şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
-vari şəkilçisi:
buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
İki cür
yazılan şəkilçilər:
Kar samitlə
bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri:
yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
Dörd cür
yazılan şəkilçilər:
-kı, -ki,
-ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
sifət və
isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı,
dərbəndi, çərkəzi, novruzu, gümüşü;
fel köklərindən
isim və sifət düzəldən şəkilçilər:
sonu kar
samitlə bitənlərdə:
-ki, -qı,
-kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
-kin, -qın,
-kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu
cingiltili samitlə bitənlərdə:
-gi, -ğı,
-gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
-gin, -ğın,
-gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
-ıstan,
-istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan,
Monqolustan, Türküstan.
Qeyd. Saitlə
bitənlərdə -stan yazılır.
Rəqəmlə
yazılan miqdar saylarında şəkilçilərin yazılışı
Rəqəmlə
yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən
əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən
sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü)
yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Mürəkkəb
sözlərin yazılışı
Bir vurğu ilə
deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə,
qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli,
özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün,
qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
Tərkibindəki
sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə
edilir:
qoşa sözlərdə:
adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük,
kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
tərkibində
qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə:
qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral,
kontr-admiral, ober-leytenant, super-market;
izafət tərkiblərində:
tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
tərkibində mənaca
bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim,
kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez,
ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz,
yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.
Köməkçi
sözlərin yazılışı[redaktə
İdi, imiş,
ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran
fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti
buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata
ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən,
gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...
Qoşmalar iki
cür yazılır:
birhecalı
qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan,
evəcən, küçəyədək, quştək;
ikihecalı
qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı
yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd. İlə
qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində
bitişik yazıla bilər.
Mənşəcə mürəkkəb
olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə,
halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
İki sadə
bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn
bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə
də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya
ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
Ədatlar sözlərdən
ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi,
-mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə
bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı
doldursana? Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı da, -də ədatından ayrı yazılır:
Sən də mi gedirsən? O yenə də mi danışacaq?
Eyni nidanın
təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh,
uy-uy, ha-ha-ha.
Müxtəlif
sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Birinci hərfi
böyük yazılan sözlər
Xüsusi isimlərin
(yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy
Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar
Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...
Bədii əsərlərdə
heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi
böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.
Tarixi hadisələrin,
dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim
yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır:
Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey
abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq
meydanı, Şuşa qalası...
Belə mürəkkəb
adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır:
Orta Paleolit dövrü, Son Paleolit dövrü.
Ölkələrin,
muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün
sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
Yüksək dövlət
vəzifələri (Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının
baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri), fəxri adlar, habelə
nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum,
teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki
bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan
Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası,
Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı,
M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü,
Ağstafa Rayon Təhsil Şöbəsi ...
Orden,
medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr,
mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları
dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan
Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl"
baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti,
"Cücələrim" kafesi, "Bahar" mağazası, "Badamlı",
"İstisu" mineral suları...
Qeyd.
Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır:
"Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk
tamaşası
Mirzə, hacı,
şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb
və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə
kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah
İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan,
Heyran xanım
İxtisarlar
(abreviaturlar)
İxtisarlar
üç cür yazılır:
tam
ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq
böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş
Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
yarımçıq
ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb
adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof.
(professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf
Agentliyi)..;
sözün orta
hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d
(zavod)
İxtisarlara əlavə
edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə,
MDB-nin
Sözün sətirdən
sətrə keçirilməsi
Sözlər yeni
sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər
Bir saitdən
ibarət hecalar istisnadır: ai-lə-li...
Hiç yorum yok:
Yorum Gönder