7 Ekim 2015 Çarşamba

ŞƏHRİYAR

 
XAN NƏNƏ !

Xan nənə! hayanda qaldın
Belə başıva dolanım
Necə mən səni itirdim?
Da sənin tayın tapılmaz
Sən ölən gün əmmə gəldi,
Məni getdi ayrı kəndə
Mən uşaq nə anlıyaydım?
Başımı gatıp uşaqlar
Neçə gün mən orda galdım.
Gayıdıp gələndə baxdım
Yerivi yığışdırıplar
Nə özün və nə yerin var.
"Hanı Xan nənəm?"-Soruşdum.

Dedilər ki, Xan nənəni
Aparıplar Kərbəlayə
Ki şəfasın ordan alsın
Səfəri uzun səfərdir
Bir iki il çəkər gəlincə
Necə ağlaram yanıxlı ?
Neçə gün elə çığırdım,
Ki səsim, sinəm tutuldu
O mən olmasam yanında,
Özü heç yerə gedənməz
Bu səfər nolupdı mensiz
Özü tək goyup gedipdi ?
Hamıdan acığ edərkən
Hamıya acığlı bakdım
Sonra başladım ki:Mən də
Gedirəm onun dalınca
Dedilər səninki tezdir.
İmamın məzarı üstdə
Uşağı aparmag olmaz.
Sən oxu Qur'anı tez çıx
Sən onu çıxınca bəlkə
Gələ xan nənən səfərdən
Təlesik ravanlamaxda
Oxuyup Qur'anı çıxdım
Ki yazım sənə: Gəl indi
Daha çıxmışam Qur'anı
Mənə sovgət al gələndə
Amma hər kağaz yazanda
Ağamın gözü dolardı
Sən də ki, gəlip çıxmadın
Neçə il bu intizarla
Günü həftəni sayardım
Ta yavaş-yavaş göz açdım
Anladım ki, sən ölüpseən
Bilə-bilmiyə henüz de
Ürəyimdə bir itik var
Gözüm axtarır həmişə.
Nə yamandı bu itiklər
Xan nənə, canım nolaydı
Seni bir də mən tapaydım
O ayaglar üstə bir də
Döşənip bir ağlayaydım
Golu halgə salmış ip tək
O ayağı bağlıyaydım
Ki, daha gedənmiyeydin
Gecələr yatanda, sən də
Meni goynuva alardın
Necə bağrıva basardın ?!
Golun üstə gah salardın
Acı dünyanı atarkən
İkimiz şirin yatardıx
Yuxuda löley atarkən
Səni mən bələşdirərdim
Gecəli, su gızdırardın
Özüvü təmizleyərdin
Gene də məni öpərdin
Heç mənə acıxlamazdın
Savaşan mənə kim olsun
Sən mənə havar durardın
Məni sən anam döyəndə
Gapıp aradan çıkardın.
Elə istilik o istək ?!
Daha kimsədə olarmı ?!
Ürəyim deyir ki: Yox, yox
O dərin səfalı istək
Mənim o əzizliyim tək
Sənilə gedip tükəndi
Xən nənə, özün deyərdin
Ki, sənə behiştdə Allah
Verəcək nə istiyürsən
Bu sözün yadında galsın
Mənə qolunu veripsən
Elə bir günüm olursa
Bilirsən nə istərəm mən ?
Sözümə dürüst gulax ver
"Senilə uşaxlıq əhdin
Xan nənə, aman nolaydı
Bir uşaxlığı tapaydım ?!
Bir də mən sənə çataydım
Sənilə gucaxlaşaydım
Sənilə bir ağlaşaydım
Yenidən uşağ olurkən
Gucağında bir yataydım
Elə bir behişt olursa
Daha mən öz Allahımdan
Başga bir şey istəməzdim.

Hiç yorum yok:

Yorum Gönder