Şəfəqlərdə uçan axşam quşları
Məndən salam deyin gözəl Təbriz'ə
Qatar ilə gedən vətənə sarı
Arxadaşlar, bir baş vurun da bizə
Açın mənim taxta sınıq qapımı
Görün əziz anam yoldan gəldi mi
Uşaqlarım görün unutmuş qəmi
Yoxsa ölüm aclıq verib diz dizə
Biraxmayın evim nəmdən çürüsün
Qoyun səba tozlarını süpürsün
Qızıl gülün nuru onu bürüsün
Toxunmayın bənövşəyə, nərgisə
Duman çöküb ufuqları qaraltdı
Mənə qurbət bir cəhənnəm yaratdı
Xəzan yeli baxçamızı saraltdı
Daha nələr deyim dostlar mən sizə
Hiç yorum yok:
Yorum Gönder