7 Ekim 2015 Çarşamba

ŞƏHRİYAR

SƏHƏNDİYYƏ

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
başı tufanlı Səhəndim
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Son ipək telli buludlarla üfüqdə sarışıbsan
Savaşırkən barışıbsan

Göydən ilham alalı sirri səmavata deyərsən
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
Qoradan halva yeyərsən

Döşlərində sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çeşmələrin var
O yaşıl telləri yel hörmədə, aynalı səhərdə
İşvəli eşmələrin var
Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın,
Yanlarında dərələr var
Qoy qələmqaşların uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr var, sıldırımlar, sərələr var
O ətəklərdə nə qızlar yanağı lalələrin var
Quzular otlayaraq neydə nə xoş nalələrin var
Ay kimi halələrin var


Gül çiçəktdən bəzənəndə, nə gəlinlər kimi nazın,
Yel əsəndə o sularda, nə dərin raz-ı niyazın
Oynayar güllü qotazın
Titrəyir saz telli tək şaxələrin çayda-çəməndə,
Yel o tellərdə gəzəndə, nə Koroğlu çalı sazın
Ördəyin xəlvət edib göldə pərilərlə çiməndə
Qol-qanatdan ona ağ hövlə açar qəmzəli qazın
Qış gedir, qoy gələ yazın.
Hələ novruzgülü var, gar çiçəyin var, gələcəklər
Sel yağışda yuyunar kəndə günəşlə güləcəklər
Üzlərin tez siləcəklər

Qışda kəhlik həvəsiylə çölə qaçdıqda cavanlar
Qarda qaqqıldayaraq nazlı qələmqaşların olsun
Yaz o döşlərdə nahar məndəsin açdıqda çobanlar
Bollu, südlü sürülər, daldı qavutmaşların olsun

Ad alıb səndən o şair ki, sən ondan ad alarsan
Ona hər dad verəsən yüz o muqabil dad alarsan
Tanrıdan hər zad alarsan
Adaş olduqda sən onla daha artıq ucalarsan
Baş ucaldıqca Dəmavənd dağından bac alarsan
Şir əlindən tac alarsan
O da şe’rin, ədəbin şah dağıdır, şanlı Səhəndim
O da sən tək atar ulduzlara şe’riylə kəməndi
O da Simorğdan almaqdadı fəndi
Şe’r yazanda qələmindən baxasan dür səpələndi
Sanki ulduzlar ələndi
Söz deyəndə görüsən qatdı gülü, püstəni, gəndi
Yaşasın şair əfəndi

O nə şair ki dağın vəsfinə misdaq onu gördüm
Mən sənin tək ucalıq məşqinə muştaq onu gördüm
Eşqə, eşq əhlinə muştaq onu gördüm
O nə şair ki, xəyal mərkəbinə şuv şığıyanda
O nəhəng at ayağın tozlu buludlarda qoyanda
Lulələnməkdədi yer göy necə tumar sarayanda
Görəcəksən o zamanda:
Nə zaman varsa, məkan varsa kəsib biçdi bir anda
Geçəcəklər, gələcəklər, nə bu yanda, nə o yanda,
Nə bilim qaldi hayanda?

Bax nə hörmət var onun öz demişi tük papağında
Serini tacı əyilmiş başı durmuş qabağında
Başına savrulan inci çarıq olmuş ayağında
Vəhyidir şeri mələklərdi pıçıldır qulağında
Şəhdi var bal dodağında

Oda dağlar kimi şə’nində nə yazsam yaraşandı
Oda zalim qoparan qarla kuləklə duruşandı
Quduza zalimə qarşı sinəgərmiş vuruşandı
Amma vəchində fağır xalqı soruşandı
Qara millətdə hünər bulsa hünərlə araşandi
Qaralarla qarışandı, Sarışandı

Gecə haqqın gözüdür, tur törətmiş ocağında
Əriyib yağ tək ürəklərdi yanırlar çırağında
Mey məhəbbətdən içib lalə bitibdir yanağında
O bir oğlan ki, pərilər su içərlər çanağında
İnci qaynar bulağında
Təb`i bir sevgili bulbulki, oxur gül budağında
Sarı sünbül qucğında
Sular əfsanədi söylər onun əfsunli bağında
Səhərin çənli çağında

Şairin zövqu ,nə əfsunlu ,nə əfsanəli bağlar
Ay nə bağlar ki əlif leylidə əfsanədə bağlar
Od yaxıb dağları dağlar
Gül gülərsə bulaq ağlar

Şa`irin aləmi ölməz ona aləmda zaval yox
Arzular orda nə xatirliyə imkandı ,mahal yox
Baği-cənnət kimi orda ,bu haramdır bu halal yox
O məhəbbətdə məlal yox
Orda haldır daha qal yox

Gecələr orda qümüşdəndi ,qızıldan ,nə günüzlər
Nə zümürrüd kimi bağlardı ,nə mərmər kimi düzlər
Nə sarı telli inəklər ,nə ala gözlu öküzlər
Ay necə ay kimi üzlər

Gül ağaclari nə tavus kimi çətrin açıb alvan
Hillə karvanıdı çöllər bəzənər sürsə bu karvan
Dəvə karvanıdı dağlar ,yuku ətləsdi bu heyvan
Sabirin şəhrinə doğru ,qatarı çəkmədə sərvan
O xəyalımdakı şirvan

Orda qarda yağar amma daha güllər sola bilməz
Bu təbiət o təravətdə mahaldır ola bilməz
Ömr peymanəsi orda dola bilməz

O üfüqlərdə baxarsan nə dənizlər ,nə boğazlar
Nə pərilər kimi quşlar qonub uçmaqda ,nə qazlar
Göldə çimməkdə nə qızlar

Balığ ulduz kimi göllərdə dənizlərdə parıldar
Abşar,mirvarısın sel kimi tökdükdə xarıldar
Yel kuşuldar su şarıldar

Qəsrilər vardı qızıldan, qalalar vardı əqiqdən
“Rafayıl” tablosu tək səhnələri əhd-i əqiqdən
Doymasan köhnə rəfiqdən

Cənnətin bağları tək bağlarının hur o qusuri
Düzülüb qurfədə eyvanda ,cəvahir kimi huri
Əldə hurilərinin cam-i buluri
Tüngünün gel kimi səhbay-e təhuri
Nə maraqlar ki ayıq gözlərə röyadı diyərsən
Nə şafaqlar ki dərin baxmada dəryadı diyərsən
Uyduran cənnət-e mə'vadı diyərsən

Zöhrənin qəsri birilyan, hasarı incidi yaqut
Qəsr-i cadudi məhəndisləri Harut ilə Marut
Orda Mani dayanib qalmış o surətlərə məbhut
Qapı qulluqçusu Harut

Oda şe`rin müziyin mənbəi sərçişmədi qaynar
Nə pərilər kimi fəvvarədə əfşan olub oynar
Şa`ir ancaq onu anlar

Dolu məhtab kimi istəxridi fəvvarələriylə
Mələkə orda çimir ay kimi məhparələriylə
Güllü güşvarələriylə

Şe`r o musiqi şabaş olmada əfşandı pərişan
Sanki ağ şahidir olmaqda gəlin başına əfşan
Nə gəlinlər ki nə ənlik isə sərtüllə , nə kirşan
Yaxa nə tülkü nə dovşan
Ağ pərilər sarı köynəkli buludlardan enirlər
Süd gölündə mələkəiylə çimərkən sevinirlər
Sevinirlər öyünürlər
Qovzananda hərə əldə dolu bir cam aparırlar
Sanki çəngilərə şairlərə ilham aparırlar
Dərya qızlarına peyğam aparırlar
Dənizin örtüyü mavi üfüqün səqfi səmavi
Aynadı hər nə baxırsan yer olub göylə musavi
Qərq onun şerinə ravi

Qurfələr ay-bulud altında olar tək görünürkən
Göz açıb yummada çıraqlar kimi yandığda sönürlər
Səhnələr çərxi-fələk tək burunub gahda çönürlər
Kölgəliklər sürünürlər

Zöhrə eyvanda ilahə şinelində görünərkən
Baxasan hafizidə orda cəlalətlə görərsən
Nə sevərsən
Gah görən hafizi şirazilə eyvanda durublar
Gah görən ortada şətrənci qurarkən oturublar
Gah görən sazilə avazilə əyləncə qurublar
Sanki sağərdə vurublar
Xacə əlhan oxuyanda hamı işdən dayanırlar
O nəvalərlə pərilər gah uyub gah oyanırlar
Lalələr şövləsi əlvan şişə rəngi boyanırlar
Nə xumar gözlə yanırlar

Qanad istər bu fəza , qoy qala tərlanlı səhəndim
Eşit öz qissəmi dəstanımı dəstanlı səhəndim
Səni heydərbaba o nə’rələriylə çağıranda
O səfil darda qalan , tülkü qovan şer bağıranda
Şeytanın şıllağa qalxan qatırı noxda qıranda
Dədəqurqud səsin aldım dedim arxamdı inandım
Arxa durduqca səhəndim savalan tək havalandım
Selə qarşı qovalandım
“Coşğun”un da qanı daşdı mənə bir haylı sis oldu
Hər səsi bir nəfəs oldu
Bakı dağlarıda hay Verdi səsə qeyha ucaldı
Otayın nə’rələri sanki bu taydanda bac aldi
Qurd acaldıqca qocaldı
“Rəhim”in nə`rəsi qovzandı deyən toplar açıldı
Sel gəlib nəhrə qatıldı
“Rüstəm”in topları səsləndi deyən bomlar açıldı
Bizə gül qonça saçıldı
Qorxma gəldim, deyə səslərdə mənə can dedi qardaş
Mənə cancan deyərək düşmana qanqan dedi qardaş
Mənə sultan dedi qardaş
Məndə ,,canım,, çığırıb,,can sənə qurban,, dedi qardaş
El sizə qaflan dedi qardaş
Dağ sizə aslan dedi qardaş

Dağlı heydər babanın arxası hər yerdə dağ oldu
Dağa dağlar dayağ oldu
Arazım ayna çırağ goymada aydın şafaq oldu
O tayın nəğməsi qovzandı ürəklər qulağ oldu
Yenə qardaş deyərək qaçmada başlar ayağ oldu
Qaçdıq üzləşdik arazda ,yenə gözlər bulaq oldu
Yenə qəmlər qalağ oldi
Yenə qardaş sayağı sözlərimiz bir sayağ oldu
Vəsl iyin almada əl çatmadı eşqim damağ oldu
Həlalik qəm saralarkən qaralar döndu ağ oldu
Arazın süd gölü daşdı qayalıxlarda bağ oldu
Sarı sünbüllərə zülf içrə oraülar darağ oldu
Yoncalıqlar yenə bildirçinə yay yaz yatağ oldu
Gözdə yaşlar çırağ oldu
Lalə bitdi yanağ oldu
Qonça güldu dodağ oldu
Nə sol oldu nə sağ oldu

Elimi arxamı gördukdə zalım ovçu qısıldı
Sel kimi zülmu basıldı
Zinə arx oldi kəsildi
Gül gözündən yaşı sildi
Tor quran ovçu atın qovmada sindi geri qaldı
Özü getdi toru qaldı

Amma heydər babada bildi ki biz tək hamı dağlar
Bağlanıb qolqola zəncirdə buludlar odur ağlar
Nə bilim bəlkə təbi’ət özü namərdə gün ağlar
Əyri yolları açarkən dez olan qolları bağlar
Saf olan sinəni dağlar
Dağların hər nə qoçu tərlanı ceyraanı maralı
Hamı düşgün hamı pozqun sinələr dağlı yaralı
Gün açan yerdə saralı

Amma zənnetmə ki dağlar yenə qalxan olacaqdır
Məhşər olmaqdadı bunlar daha vulqan olacaqdır
Zülm dünyası yanarkən də tilit qan olacaqdır
Vay… nə tufan olacaqdır

Dedin azər elinin bir yaralı nisgiliyəm mən
Nisgil olsamda gülüm bir əbədi sevgiliyəm mən
Yad məni atsada öz gülşənimin bülbülüyəm mən
Elimin farsıcada dərdini söylər diliyəm mən
Haqqa doğru nə qaranlıqdısa , el məşəliyəm mən
Əbədiyyət gülüyəm mən

Nisgil ol çərçiyə qalsın ki cəvahir nədi qanmır
Mədəniyyət dəbin eylir bədəviyyət bir usanmır
Gün gedir az qala batsın gecəsindən bir usanmır
Bir öz əhvalına yanmır
Atar insanlığı amma yalan ənsabı atanmaz
Fitnə qovzanmasa gündüz gecə aasudə yatanmaz
Başı başlara qatanmaz

Amma məndən sarı, sən arxayın ol, şanlı səhəndim
Dəli ceyranlı səhəndim
Mən daha ərşi əla kölgəsi tək başda tacım var
Əldə Musa kimi Fer`onə qənim, bir ağacım var
Hərəcim yox, fərəcim var
Mən Əli oğluyam, azadələrin mərdi muradi
O qaranlıqlara məşəl,
O ışıqlıqlara hadi
Həqqə imanə munadi
Başda sınmaz sipərim, əldə kütəlməz qılıcım var!

Məhəmməd hüseyn Behcət Təbrizi (Şəhriyar)

Hiç yorum yok:

Yorum Gönder