Ana dilimizdə
oxumadığımız və yazı alışqanlığımızın olmaması üçün yazdığımız zaman bəzı əngəllərlə
qarşılaşırıq. Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq, ancaq
yene de Ərəb əlifbasında belə “ək”lərin (şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı
haqda ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya çıxdıqdan sonra
Latın əlifbasında yazışmaq məcburiyəti ortaya çıxdı. Əslində bu özü özlüyündə
bizim dilimiz üçün bir şans oldu. Yəni əlifba birliyinin yaranmasına internet
dünyası böyük yardım etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə
özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci vahidi əlifbadır.
Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir. Latın əlifbasının
dilimizə çox uyğun və yatğın olduğunu bir çox alimlər söyləmişlər. Bu uyğunluq
və yatğınlıq səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın əlifbasına
keçmişlər.
Güney Azərbaycanda
ana dilimizdə məktəb olmadığı üçün Latin əlifbasında ortaq yazı qayda qanunları
haqqında insanlarımız bilgi sahibi deyillər. Ancaq türdeş (yeknəvaxt) yazma bir
zərurətdir. Çünkü dil birliyi və ya dildə birlik yaranmazsa duyğu və düşüncə
birliyimiz də sağlana bilməz. Bu üzdən də bu əksiklikləri ortadan qaldərmaq
lazımdır.
Bu yazıda
dilimizdə ahəng qanununa görə mövcud olan “da” və “də” əklərinin (pəsvəndlərinin)
necə yazılması barədə bilgi veriləcək.
Ana dilimizdə
“da” və “də” əkləri nə zaman ayrı və nə zaman bitişik yazılır?
Əgər söz
“harda?”, “kimdə?”, “nedə?” sualına cavab verersə o zaman “da” və “də” əkləri
bitişik, sözlə bir yerdə yazılmalıdır.
Məsələn:
1. Azərbaycanda (harda) qurultay keçiriləcək.
2. Dənizdə (harda) fırtına var.
3. Dağlarda (harda) vüqar var.
4. Eldarda (kimdə) qələm var.
5. Eldənizdə (kimdə) kitab var.
6. Bilgisayarda (nedə) yaxşı proqram var.
7. Suda (nədə) oksijen var.
Göründüyü
kimi yuxarıdaki cümlələrdə sözlər “harda”, “kimdə”, “nedə” sualına cavab
verdiyi üçün sözlərlə bir yerdə yazılır.
İndi əgər
sözlər cümlənin içində “kim?”, “kimə?”, “haraya?”, “hara?”, “nə?”, “nəyə?”,
“haranın”, “kimin”, “nəyin” suallarına cavab versə o zaman “da” və “də” əkləri
(pəsvəndləri) sözdən ayrı yazılır.
Məsələn:
1. Azərbaycan da (hara) Birləşmiş Millətlər Təşkilatının
üzvüdür.
2. Azərbaycana da (haraya) getməyi düşünürəm.
3. O da (nə) çətin məsələdir.
4. Ağaca da (nəyə) dayana bilərsən.
5. O da (kim) gləməlidir.
6. Alpay da (kim) çalışqan öyrəncidir.
7. Eldənizə də (kimə) söz verin.
8. Təbrizin də (haranın) havası dumanlıdır.
9. Havanın da (nəyin) belə olması işlərimizi əngəllədi.
10. Türkayın da (kimin) işləri yaxşıdır.
Diqqət
edilirsə bu cümlədəki sözlər ıçlərində yazılan suallara cavab verdikləri üçün
“da” və “də” əkləri ayrı yazılır.
Bundan əlavə
aşağıdakı sözlərdə də bu əklər ayrı yazılmalıdır:
1. Həm mən həm də sən bu haqda dərin dərin
düşünməliyik.
2. Həm yağış yağır, həm də külək əsirdi.
3. Elə də olmalı idi.
4. Eləcə də milli məsələ haqqında düşünməliyik.
5. Necə deyildisə elə də etməlisən.
Hiç yorum yok:
Yorum Gönder