11 Ekim 2015 Pazar

Ana dilimizin yazı qaydaları (2)

Güney Azərbaycanda yazı dilimiz məcburən Farsca olduğu üçün Farscanın təsiri həm təfəkkürümüzdə həm də Türkçə yazdığımızda özünü göstərməkdədir. Mesela Fars dilində “və” bağlayıcısı çox istifadə edilməkdədir. Bu üzdən də uzun uzun cümlələr yaranır ki, bu şəkildə cümlə quruluşu, Türk dilinin özəlliyi deyildir. Türk dilinin böyük bir özəlliyi fikiri ən qısa yolla ifadə etməkdir. Bu səbəbdən də Türkcədə “və” bağlayıcısı yerinə daha çox nöqtə istifadə edilir. İfadənin yığcam və rahat şəkildə olunması Türk dilinə aid olan bir özəllikdir.

Ana dilimizdə cümlənin içində vergülün harda istifade edilməsi Güney Azərbaycanda hələ də anlaşılmış deyildir. Vergül, Türkcəmizdə nə zaman və harda istifadə edilir?


1. Ana dilimizdə “ki” bağlayıcısından sonra vergül gəlir.
Məsələn:

Mən ona dedim ki, insan başqaları ilə münasibətdə xoşgörülü olmalıdır.

2. Bu sözlərdən öncə vergül yazılır: ancaq, lakin, yalnız, fəqət,amma, yoxsa, yəni.

Məsələn:
- Mən ona hörmətlə yanaşdım, ancaq o bir az nəzakətsiz davrandı.
- Bu işi görmək lazımdır, lakin daha səbir və təmkinlə.
- Dəniz də gözlədir, yalnız mən ormanı sevərəm.
- Səyahət gözəl şeydir, fəqət bu təhlükələri olmasa.
- Mən Bakıya getmək istərdim, amma viza çətinliyim var.
- Bu işin üzərində çox çalışmaq lazım, yoxsa öz özünə başa çatmaz.
- Biz planlarımızı gələn ilə, yəni növruz bayramından sonraya hazırlamalıyıq.

3. Əgər “O” (kim) zəmir anlamında olur və “O”dan sonra başqa bir zəmir və ya isim gəlirsə “O” zəmirindən sonra vergül yazılır.

Məsələn:
- O, Sevdanı teatra dəvət etdi.
- O, səni mi çagırır?
- O, dağa çıxmaqdan xoşlanır.
- O, dəmirçidir.

Yuxarıdaki örnəklərdə əgər vergül qoyulmazsa cümlə başqa məna verə bilər.

Əgər “O” (hansı) zəmir anlamında olmazsa, “O”dan sonra vergül gəlməz. Məsələn:

- O kitabı mən də oxumuşam.

Egər “O” işarə zəmiri anlamında isə yene de vegül yazılmaz. Məsələn:

- O adamı tanıyıram.

Əgər “bu” yaxına işarə zəmiri anlamında o zaman “bu”dan sonra vergül yazılmaz. Məsələn:

- Bu iş mənim üçün deyildir.
- Bu adamı mən tanımıram.
- Bu yol eyni yoldur yolçusu yoxdur.
- Bu dağ eyni dağdır qartalı yoxdur.
- Bu yolun sonu sən əvvəli mənəm
   Sənə çatacağım bir gün olacaq
   Uzaqda, yaxında olsaq da nə qəm
   Bu yol bu dünyada bizə qalacaq

Əgər “bu” yaxına işarə zəmiri deyil və isim yerində isə o zaman “bu”dan sonra vergül gəlir. Məsələn:

- Bu(nə), O deməkdir ki, sən bu işlə razılaşmırsan.
- Bu(nə), sözləri yanlış anlamqdır.
- Bu, dağlara yüksəlmək üçün bir dağçılıq planıdır (plan=tərh).


Əgər diqqətlə baxarsaq, yuxarıdaki örnəklərdə (nümunələrdə) vergül qoyulmazsa cümlələrin anlamı tamamən dəyişir.

Hiç yorum yok:

Yorum Gönder