8 Ekim 2015 Perşembe

Azərbaycan dilinin dünya dilləri içərisində yeri

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. 
Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilidir. Bu dildən hal-hazırda vaxtilə İraqa köçmüş (ehtimal olunur  ki, bu köç ilk orta əsrlərdə baş verib. Bir başqa ehtimala görə, köç edən türklər qədim şumerlərin qonşusu olan qədim türklərin nəslindəndir) 200 minə yaxın insan da ana dili kimi istfadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əsasən Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayırlar. 

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Flektiv dillərdən (Hind-Avropa, sami-hami və s. dillərdən) fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri müstəqil leksik və qrammatik mənası olan sözlədir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və söz əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.Son məlumatlara görə, ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Onun 9 milyona yaxını Azərbaycan Respublikasında, yerdə qalanları isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışlar. Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: 1)  ABŞ-100.000 nəfər2)  Avstraliya -8000 nəfər3)  Avstriya -10.000 nəfər4)  Albaniya -12.000 nəfər5)  Argentina -12.000 nəfər6)  Əlcəzair -260.000 nəfər7)  Əfqanıstan -450.000 nəfər8)  Banqladeş -175.000 nəfər9)  Belçika -13.000 nəfər10)  Birma -8000 nəfər11)  Bolqarıstan -65.000 nəfər12)  Braziliya -75.000 nəfər13)  Butan -1500 nəfər14)  Böyük Britaniya-170.000 nəfər15)  Macarıstan -27.000 nəfər16)  Yunanıstan -13.000 nəfər17)  Danimarka -6.000 nəfər18)  Misir -900.000 nəfər19)  İndoneziya -44.000 nəfər20)  İordaniya - 450.000 nəfər21)  İraq -1.000.000 nəfər22)  İran -30.000.000 nəfər23)  Hindistan - 300.000 nəfər24)  İrlandiya -4.000 nəfər25)  İspaniya - 14.000 nəfər26)  İtaliya - 33.000 nəfər27)  Yəmən Ərəb Respublikası - 62.000 nəfər28)  Kanada - 170.000 nəfər29)  Çin -30.000 nəfər30)  Küveyt -19.000 nəfər31)  Malta -25 nəfər32)  Meksika -27.000 nəfər33)  Monqolustan - 5000 nəfər34)  Norveç -50.000 nəfər35)  Birləşmiş Ərəb Əmirliyi - 55.000 nəfər36)  Oman -19.000 nəfər37)  Pakistan -650.000 nəfər 38)  Polşa -12.000 nəfər39)  Portuqaliya -7000 nəfər 40)  Rumıniya -45.000 nəfər 41)  Səudiyyə Ərəbistanı-40.000 nəfər 42)  Suriya -95.000 nəfər43)  Sudan -17.000 nəfər44)  Türkiyə -3.000.000 nəfər45)  Finlandiya -12.000 nəfər46)  Fransa -70.000 nəfər47)  Almaniya -300.000 nəfər48)  Çexiya -2000 nəfər49)  Slovakiya -2000 nəfər50)  İsveç -2000 nəfər51)  Yuqoslaviya -6.000 nəfər52)  Yaponiya -10.000 nəfər53)  Ukrayna -500.000 nəfər54)  Belarus -7000 nəfər55)  Rusiya Federasiyası – 3.000.000 nəfər56)  Özbəkistan -60.000 nəfər57)  Qazaxıstan -100.000 nəfər58)  Gürcüstan -600.000 nəfər59)  Litva -2000 nəfər60)  Moldova -5000 nəfər61)  Latviya -4000 nəfər62)  Qırğızıstan -16.000 nəfər63)  Tacikistan -14.000 nəfər64)  Türkmənistan -4500 nəfər65)  Estoniya -300 nəfər66)  Azərbaycan Respublikası – 8.997.4 nəfər

Hiç yorum yok:

Yorum Gönder