Dilçilikdə
sözün tərkib hissələri kök və şəkilçi olmaqla iki yerə ayrılır. Akademik
çalışmaları bir yana qoysaq, geniş yayılmış düşüncəyə görə, kök – sözün
ayrılıqda işlənə bilən və leksik anlam daşıyan hissəsidir; Ģəkilçi isə sözün
ayrılıqda işlənə bilməyib yalnız kökə artırılan və leksik anlam daşımayan hissəsidir.
Adətən, yazıda şəkilçidən öncə cızqı (defis) işarəsi qoyular və neçə cür
yazılması şəkilçinin üstündə rəqəmlə göstərilər; örn.: -lar2 (yəni bu şəkilçi
-lar və -lər olmaqla iki cür yazılır), -çı4 (yəni bu şəkilçi -çı, -çi, -çu və
-çü olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz;
örn.: -gil, -varı vb.
Azərbaycan
türkcəsinin bütün şəkilçiləri kökə artırılarkən yazılış tərzindən asılı olaraq
iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.
a) Cızqı
ilə (defislə) yazılan Ģəkilçilər
Azərbaycan
türkcəsində cızqı ilə (defislə) yazılan şəkilçilər azdır və əsasən, rəqəmlə
yazılan saylarda özünü göstərir.
Rəqəmlə
yazılan miqdar saylarına hal və mənsubiyyət şəkilçiləri artırıldıqda şəkilçidən
öncə cızqı qoyulur; örn.: 15-dən, 5-də, 3-ə, 2-si vb.
Ərəb rəqəmlərindən
sonra sıra sayının şəkilçisi (-ıncı, -inci, -uncu, -üncü, -ncı, -nci) ixtisar
edilərək ahəngə görə -cı, -ci, -cu, -cü biçimində yazılır və ondan öncə cızqı
qoyulur; örn.: 6-cı, 1-ci, 9-cu, 3-cü vb. Qeyd: Rum rəqəmlərindən sonra sıra
sayı şəkilçisinin nə özü, nə də ixtisar biçimi yazılmır; örn.: I, IV, VII, X
vb.
İxtisar və
qısaltma sözlərə qoşulan şəkilçilər ya sonuncu ünlü səslə, ya da son ünsüz hərfin
adındakı ünlü səslə ahəng qanununa görə uyğunlaşdırılır və şəkilçidən öncə
cızqı qoyulur; örn.: BDU-nun (= be-du-nun. Tam olaraq Bakı Dövlət
Universitetinin yazılır), BMT-də (= be-em-te-də. Tam olaraq Birləşmiş Millətlər
Təşkilatında yazılır) vb.
b) Bitişik
yazılan Ģəkilçilər
59. Azərbaycan
türkcəsində şəkilçilərin çoxunluğu artırıldığı sözə bitişik yazılır və tərkibindəki
ünlünün neçə cür işlənməsindən asılı olaraq üç yerə bölünür:
1. bir cür
yazılan şəkilçilər, 2. iki cür yazılan şəkilçilər
və 3. dörd cür yazılan şəkilçilər.
I. Bir
cür yazılan Ģəkilçilər.
Azərbaycan
türkcəsində bir sıra şəkilçilər var ki, hansı sözə artırılmasından asılı
olmayaraq ancaq bir cür yazılır; örn.:
1. -daş şəkilçisi;
örn.: arxadaş, oyundaş, ülküdaş vb.
2. -gil şəkilçisi;
örn.: babamgil, dayısıgil, Elçingil vb.
3. -kən şəkilçisi;
örn.: alarkən, gedərkən, yıxılarkən vb.
4. -laq şəkilçisi;
örn.: yaylaq, qışlaq, çaylaq vb.
5. -stan şəkilçisi;
örn.: Qobustan, Gürcüstan, Racastan vb. Qeyd: Söz kökü ünsüzlə bitəndə köklə
-stan şəkilçisi arasına bitişdirici -ı4 (-ı,-i, -u,-ü) ünlülərindən biri
artırılır; örn.: Dağıstan, Türkmənistan, Uyğurustan, Türküstan vb.
6. -i şəkilçisi;
örn.: daxili, tarixi, cənubi vb.
Qeyd: Söz
kökü ünlü ilə bitəndə köklə -i şəkilçisi arasına bitişdirici v ünsüzü
artırılır; örn.: dairəvi, kütləvi, səmavi vb.
7. -sal şəkilçisi;
örn.: qumsal, duyğusal, toplumsal vb.
Qeyd: Son
dönəm Azərbaycan türkcəsində -sal şəkilçisinin işlərlik qazanması Türkiyə türkcəsinin
etgisi ilə güclənmiş və şəkilçinin incə variantı olan -səl (Türkiyə türkcəsində
-sel) biçimi də yayılmağa başlamışdır; örn.: içsəl, bilimsəl, kürəsəl vb. Deməli,
gələcəkdə bu şəkilçi bir cür yazılan yox, iki cür yazılan şəkilçilər sırasında
veriləcəkdir. Türkiyə türkcəsində -sal, -sel şəkilçisinin türkcə kökənli
olmamasına yönəlik iddia yanlış yanaşmadan başqa bir nəsnə deyil.
8. -dar şəkilçisi;
örn.: evdar, əməkdar, məhsuldar vb.
9. -mal şəkilçisi;
örn.: sağmal, qırışmal, dadamal vb.
10. -varı şəkilçisi;
örn.:qalxanvarı, zolaqvarı, yüngülvarı vb.
II. İki
cür yazılan Şəkilçilər
Azərbaycan
türkcəsində -a və -ə açıq ünlüləri ilə işlənən bir çox şəkilçilər iki cür
yazılır ki, onlardan bir qismini göstərək:
1. -a, -ə şəkilçisi;
örn.: quşa, evə, yola, bizə vb. (söz kökü ünlü ilə bitərsə, sözlə -a, -ə şəkilçisi
arasına bitişdirici y ünsüzü artırılır; örn.: suya, keçiyə vb.).
2. -aq, -ək
şəkilçisi; örn.: qaçaq, çökək, yataq, kəsək vb.
3. -al, - əl
şəkilçisi; örn.: daral-, düzəl-, çoxal-, genəl- vb.
4. -an, - ən
şəkilçisi; örn.: alan, bilən, sayan, sevən vb. (söz kökü ünlü ilə bitərsə, sözlə
-an, -ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyan, üşüyən
vb.).
5. -anda, -əndə
şəkilçisi; örn.: alanda, biləndə, sayanda, sevəndə vb. (söz kökü ünlü ilə bitərsə,
sözlə -anda, -əndə şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.:
yuyanda, üşüyəndə vb.).
6. -ar, -ər
şəkilçisi; örn.: qaçar-, biçər-, uçar-, seçər- vb. (söz kökü ünlü ilə bitərsə,
sözlə -ar, -ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyar-,
deyər- vb.).
7. -araq, -ərək
şəkilçisi; örn.: daşaraq, bişərək, duyaraq, üzərək vb. (söz kökü ünlü ilə bitərsə,
sözlə -araq, -ərək şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.:
başlayaraq, işləyərək vb.).
8. -la, -lə
şəkilçisi; örn.: başla-, işlə-, ovla-, səslə- vb.
9. -lar, - lər
şəkilçisi; örn.: otlar, bizlər, çaylar, gözlər vb.
10. -lan, -lən
şəkilçisi; örn.: oğurlan-, dillən-, doğrulan-, gizlən- vb.
11. -laş, -
ləş şəkilçisi; örn.: yaşıllaş-, gözəlləş-, xarablaş-, özəlləş- vb.
12. -ma, - mə
şəkilçisi; örn.: baxma-, törəmə, qazma, demə- vb.
13. -malı, -
məli şəkilçisi; örn.: oxumalı, gülməli, almalı, deməli vb.
14. -sa, - sə
şəkilçisi; örn.: otursa, istəsə, dursa, gəlsə vb.
15. -ca, - cə
şəkilçisi; örn.: tapmaca, bilməcə, bulmaca, gülməcə vb.
16. -ça, -çə
şəkilçisi; örn.: kitabça, belçə, meydança, gözəlçə vb.
III. Dörd
cür yazılan Şəkilçilər
Azərbaycan
türkcəsində -ı, -i, -u, -ü qapalı ünlüləri ilə işlənən və dörd cür yazılan şəkilçilər
çoxdur. Onların hamısını olmasa da, bir qismini göstərək:
1. -dı, -di,
-du, -dü şəkilçisi; örn.: aldı, bildi, durdu, gördü vb.
2. -dır,
-dir, -dur, -dür şəkilçisi; örn.: dağdır, işdir, odundur, düzdür vb.
3. –dıqda,
-dikdə, -duqda, -dükdə şəkilçisi; örn.: saydıqda, bildikdə, duyduqda, gördükdə
vb.
4. -dıqca,
-dikcə, -duqca, -dükcə şəkilçisi; örn.: qızdıqca, eşitdikcə, oturduqca, düzdükcə
vb.
5. -dığı,
-diyi, -duğu, -düyü şəkilçisi; örn.: tapşırdığı, göstərdiyi, qoyduğu, səslədiyi
vb.
6. -ıq, -ik,
-uq, -ük şəkilçisi; örn.: qıyıq, bilik, donuq, sönük vb.
7. -ıb, -ib,
-ub, -üb şəkilçisi; örn.: yatıb-, bitib-, qoşub-, süzüb- vb. (söz kökü ünlü ilə
bitərsə, sözlə -ıb, -ib, -ub, -üb şəkilçisi arasına bitişdirici y ünsüzü
artırılır; örn.: daşıyıb-, dişləyib-, uyuyub-, üşüyüb- vb.).
8. -ıl, -il,
-ul, -ül şəkilçisi; örn.: qazıl-, deşil-, boğul-, düzül- vb.
9. -ım, -im,
-um, -üm şəkilçisi; örn.: baxım, biçim, udum, büküm vb. (söz kökü ünlü ilə bitərsə,
sözlə -ım, -im, -um, -üm şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır;
örn.: qaşıyım-, deyim, suyum, sürüyüm- vb.).
10. -ıntı,
-inti, -untu, -üntü şəkilçisi; örn.: axıntı, gəzinti, ovuntu, görüntü vb.
11. -ıcı,
-ici, -ucu, -ücü şəkilçisi; örn.: qızdırıcı, bilici, qurucu, görücü vb. (söz
kökü ünlü ilə bitərsə, sözlə -ıcı, -ici, -ucu, -ücü şəkilçisi arasına
bitişdirici y ünsüzü artırılır; örn.: qaşıyıcı, deyici, yuyucu, bizləyici vb.).
12. -ış,
-iş, -uş, -üş şəkilçisi; örn.: qırış, eniş, oturuş, düzülüş vb. (söz kökü ünlü
ilə bitərsə, sözlə -ış, -iş, -uş, -üş şəkilçisi arasına bitişdirici y ünsüzü
artırılır; örn.: arayıĢ, titrəyiĢ, yürüyüĢ vb.).
13. -lı,
-li, -lu, -lü şəkilçisi; örn.: adlı, dilli, odlu, üzümlü vb.
14. -lıq,
-lik, -luq, -lük şəkilçisi; örn.: dağlıq, dizlik, otluq, gözlük vb.
15. -kı,
-ki, -ku, -kü şəkilçisi; örn.: ondakı, səhərki, onunku, özümüzünkü vb.
16. -mış,
-miş, -muş, -müş şəkilçisi; örn.: qızmış, bilmiş, doymuş, görmüş vb.
17. -cıl,
-cil, -cul, -cül şəkilçisi; örn.: ardıcıl, söhbətcil, yuxucul, ölümcül vb.
18. -ıltı,
-ilti, -ultu, -ültü şəkilçisi; örn.: danqıltı, dingilti, gurultu, cüggültü vb.
19. -sız,
-siz, -suz, -süz şəkilçisi; örn.: adsız, sənsiz, susuz, sözsüz vb.
20. -çı, -çi, -çu, -çü şəkilçisi; örn.: yalancı,
güləşçi, oyunçu, üzümçü vb.
Hmm
YanıtlaSilMal
SilEllaaa
YanıtlaSilben bunun kadar iyi bir site görmemiştim gerçekten çox iyi bir siiiiiiitttttttteeeeee👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😁😁😁😁😁😏😏😏😏😏👏👏👏💜💜💜💜💜💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️🤗😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😘😘😘😘😘😘😘😚😚😚😚
YanıtlaSilseni seviyorum aşkım beniiiiim ben seni çok seviyorum aaaşşşşşşşkıııııııııııııııııııııııım
YanıtlaSil