Ordubadi Məmməd Səid (24.3.1872, Ordubad şəhəri, 1.5.1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1938). Şair Fəqir Ordubadinin oğludur. İlk təhsilini mollaxanada almış, sonra isə görkəmli maarifçi M. T. Sidqinin yeni üsullu "Əxtər" məktəbində oxumuşdur. Atasını erkən itirdiyindən şəhərdəki ipək fabrikində fəhləlik etmişdir.
Yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, zəmanənin haqsızlıqlarını tənqid edən şerlər yazmışdır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir.
Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazəhəyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi. 1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində nəşr edilən "Qanlı sənələr" adlı kitabında müəllif real faktlar və sənədlər əsasında 1905-1906-cı illərdə çar hökumətinin himayəsi və erməni daşnaksütyun partiyasının fitvası ilə törədilən milli qırğın faciəsini qələmə almışdır. 10-cu illərdə "Baği-şah, yaxudTehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyeslərini də çap etdirmişdir. 1915-ci ilin yanvarında Culfada həbs olunaraq, Saritsına (indiki Volqoqrad) sürgün edilən ədib burada kommunistlərlə yaxınlaşmış, 1918-ci ildə Kommunist partiyası sıralarına girmişdir. O, 1920-ci il mayın əvvəlində Bakıya gələrək, "Əxbar" qəzeti redaktorunun müavini, bir qədər sonra isə redaktoru olmuşdur. 1925-1928-ci illərdə "Yeni yol" qəzetinin redaktoru, bir müddət "Molla Nəsrəddin" jurnalının müdiri vəzifələrində işləmişdir. 1920-ci ildən daha məhsuldar işləyən ədib şer, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, şer kitabları çap etdirmiş, "Koroğlu", "Nərgiz", "Nizami" operalarının, "Beş manatlıq gəlin", "Ürək çalanlar" musiqili komediyalarının librettosunu, "Dumanlı Təbriz" pyesini yazmış, həmçinin Nizami, Füzuli, Vaqif, Sabir və başqaları haqqında məqalələr dərc etdirmişdir.
Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazəhəyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi. 1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində nəşr edilən "Qanlı sənələr" adlı kitabında müəllif real faktlar və sənədlər əsasında 1905-1906-cı illərdə çar hökumətinin himayəsi və erməni daşnaksütyun partiyasının fitvası ilə törədilən milli qırğın faciəsini qələmə almışdır. 10-cu illərdə "Baği-şah, yaxud
"XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-1948) romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi romanları da var. Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmiş, Lenin ordeni və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Respublikada bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.
Hiç yorum yok:
Yorum Gönder