"Həmd olsun aləmlərin mehriban tanrısına, qiyamət günlərinin ağasına, Yarəb bizlər sənə qulluq edər və səndən yardım dilər, Yarəb göstər lütfən bizlərə doğru yolu, o yol ki yolsuzların, azğınların yolu deyil"
Bu fatihə surəsinin, Həbib Sahirin qələmi ilə Azərbaycan türkçəsinə çevirilmişidir!
Həbib Sahır İranın şeirində bir başa öncülüdür və yeni türk şeirinin (ağ şeirin) atasıdır. O divan-ı ədəbiyyatı kökündən dəyişib və əskı mövzuları qaranlıqlara buraxıb və klasik qalıblərində isə şeir yazmış olsada qalıblərə qalib gəlib və nəhayət yenili ilə zəfər çalıb. Həbib Sahir bir böyük insan olaraq şeirin tanış adıdır.
Bu adı qorumaq gərəkdir və bu adı dağların və denizlərin üstünə qoymaq gərəkdir. O öz yaşamı ilə illər boyu bizi xoşbəxt edib və bizim adımızı qoruyub.
Yeni şeirin atası, Köşən, Lirik şeirlər, Xuşələr, Əsatir, Səhər işıqlanır, Arzu və Qəmbər, Meyvəyi gəs və Əfsaneye şəb kimi yaraşıqlı kitabların sahibi olaraq bir parlaq usturəvi (əfsanəvi) çətinlikdə yaşamaq usturəsidir.
Həbib Sahirin atasından yadıgar qalan quranda yazılan tarix əsasında 1282-ci (1903-cü) ildə Təbrizdə dünyaya göz açdı və bu göz açmaqla bir macəralı öykü yarandı. Onun ilk ağlamasını ilk kərə Təbrizin Surxab məhəlləsi eşidibdir. Həbib Sahir beş yaşında atasın əldən verdi, altı yaşında dini məktəbxanalarında və sonra yeni usul ilə açılan mədrəsələrdə (məktəblərdə) təhsilə başlayır. Məhəmmədiyə mədrəsəsində "Təqi Rəfətlə" tanış olur, Təqi Rəfət Fıransa dil və ədəbiyyat müəllimi olaraq bir adlım şair və yeni şeirin başçılarından biride.
1306-cı (1927-ci) il istanbula gedir və orda cuğrafiya bölümündə təhsil alır, habelə istanbulda "Sirvət-i Funun" türk ədəbi cəmiyətini yaxından dərk edib və nəhayətdə özünü "Sahir" Adlandırır. Sahir yəni gecələri uyumayan, yuxuzuz qalan. 1312-ci (1933-cü) ildə lisans diplomunu alıb və bir il sonra Batum, Tiflis, Bakı, Ənzəli limanının yolu ilə vətənə qayıdır və məarif idarəsində istixdam olur (işə başlayır).
Zəganda və Qəzvində tədris edir, sonra Təbrizdə "Nizam", "Firdosi" və başqa oxullarda müəllimlik çırağını yandırır. 1325-ci (1947-ci) ilin qışında ana dilində şeir və öykü yazmaq suçuna görə Təbrizdən qovulur və fikrinə gəlməyən sürgünlü günlər başlanır, onu ərdəbilə sürgün edirlər. Üç il orda tədris edir, sonra bağışlayıblar deyə, onu Qəzvinə göndərirlər. Qəzvində tam onüç il yaşayır və sonra Tehrana dönür. Həbib Sahir Tehranda şeirə bağlı olan yaşayışını davam edir, gündüzləri və gecələri tam şeirə düşünür. Günəş çıxır batır ancaq o şeir motivlərindən (meyllərindən) ayrılmır, mumlar masa üstə sönür amma onun qəlbindəki alovlanan od sönmür, yazır, pozur amma yazdıqlarını yayabilmir, pəhləvilərin şuvinisti istibdadı onu və ana dilində çalışanları incidir.
O bu yasağa qarşı mübarizə aparır, amma pələvinin şovinisti əfkarını qoruyanlar onun dünyasını bir dustağa çevirir. 1357-də (1979-da) islam inqilabından sonra türk dilində yazdıqlarını, Ulduz, Yoldaş, Ölkər, Çənlibel, Dədəqurqud, Günəş, İnqilab yolunda, Yeni yol və Koroğlu, kimi dəgilərdə çapa verir.
1364-cü (1985-ci) ilin payızı yoldan gəlir, payız gəlir və başqa dünyaları onun yadına gətirir, o ki bu qəmli yaşayışdan bezib gecə-gündüz fikrə dalır, uzun və qəmli fikirlə, uzaqlara düşünür və gözləri buludlar içində yol çəkir.
Bir çox xəzan gəlib, geçdi
Bir çox kərvan qonub, köçdü
Bir xəzanda yetim qaldıq
Bir xəzanda sevdalandıq
Bir xəzanda alovlandıq
Ən nəhayət xuliyaların havasından qanadlandıq!
Vəsiyət naməsini yazıb bir kitabın arasında gizlədir, nəhayət Azər ayının 23-də ( Dekabrın 14-də) gecə yarısı ailəsini yuxuya verəndən sonra sonuncu şeirini yazır. Onun sonuncu şeiri bir tablodur, və o tabloda bir pəncərə var, o pəncərənin çərçivəsində bir kölgə, ağır-ağır tərpənir. O qəmli gecədə Həbib Sahir damdakı həyətə hayil olan nərdədən özünü asır və ağırlığı ilə trasa kədər bağışlayır. O gecənin sabahı Həbib Sahirin cismini Tehran şəhrinin "Beheşt-i Zəhra" qəbristanında basdırırlar və beləcə onun fizikal yaşayışı başaçatır, amma ruhunun, adının və şeirin hikayəsi davam edir.
Məni bu dünyada olursa sevən,
Surxab dağlarına olursa gedən,
Gecə yarıları yandırsın gəvən,
Mən qızıl alovun içində varam!
Qovularkən məni hər gün mehnət,
Qapımı döymədədir hər gecə qəm,
Hamı azadə elin, şairi var,
Mən əsir ellərin Ah! Şairiyəm.
İstəməm nəqş-u niqarım qala, şeirim oxuna,
İstərəm bir sızı həsrət tək, ürəklərdə qalam,
Unudursa məni el, çəkməsə tarix adımı,
İstərəm ay təki yurd üstə, gecə şoq salam!.
Hiç yorum yok:
Yorum Gönder