1 Kasım 2011 Salı

Asem Ərdəbili


Asem Ərdəbili

Qanlı səhər kitabından bir tükü şeir

Faləyin qanlı əlindən bir atılmış yerə endi,
Bir fəlakət ananın can şirəsindən südün əmdi,
Bollu nisgil şələsin çiyinə aldı,
Tay tuşundan dalı qaldı,
Sarı gül misli saraldı
Günü tək bağrı qaraldı
Xan çobansız selə tapşırsın özün,
Yurdumuza bir sara geldi
Bir vefasız yar əlindən yara gəlməz sana gəldi.

Bir yazıq qız, can əlindən cana gəlməz cana gəldi.
Keçəcəkdə "Əlmot" damənəsindən buraya dərmana gəldi.
Bir adamsız "Suru" adlı, əli bağlı, dili bağlı !

"Suru" kimdir ?
Suru bir güldü cəhnnəmdə bitibdir.
Suru bir damcadı, gözdən axaraq üzdə itibdir.
Suru yol-yolçusudur, əyridə yox, düzdə itibdir.
Suru, bir mərsiyədir oxşayaraq sözdə itibdir.
O, könüllərdə ki itmişdi əzəldən, odu gözdəndə itibdir.
Suru bir gözləri bağlı, özü dağlı, sözü dağlı,
Olub hardan hara bağlı !
Boşlayıb doğma diyarın, umub əlbətdə yarından.
Əl üzüb hər nə varından.
Qorxmayıb, şəhrimizin qışda amansız boranından, nə qarından.
Gəzir avarə tapa, yandırıcı dərdinə çarə, tapabilmir.
Çox sevir eşqı başından ata, amma ata bilmir.
Ova bax avcı dalınca qaçır, amma çata bilmir.
İş dönüb, "Leyli" düşüb çöllərə "Məcnun" sorağında.
"Şirin" əldə teşə, dağ parçalayır "Fərhad" oturmuş otağında.
Teşnə ləb qu necə gör can veri dərya qırağında.
Gözdə həsrət yerini xoşləyib ibham dodağında.
Varlığın son əsəri az qalır itsin yanağında
Sankı bir közdü burunmuş kölə varlıq ocağında
Közərir piltə kimi, yağ tükənibdir çırağında.
Boy atır rənc bağında, qocalır gənc çağında,
Bir adamsız, Suru adlı, əli bağlı, dili bağlı !
Suru can !
Umma fələkdən, fəlyin yoxdu vəfası,
Nə qədər yoxdu vəfası, o qədər çoxdu cəfasi,
Köhnə rəqqasə kimi, hər kəsə bir curdi ədasi,
O ayaqdan düşəni, istir ayaqdan salan olsun.
O talanmışları istir gözü-gündən talan olsun.
O atılmışları istir hamıdan çox atan olsun.
O satılmışları istir qul edərkən satan olsun.
Neyləmək qurqu bucurdur.
Fələyin nəzmi əzəldən olub əzdadına bağlı.
Qarasız ağlar olanmaz,
Dərəsiz dağlar olanmaz.
Ölüsüz sağlar olanmaz.
Gərək hər bir gözələ bir dana çirkin də yaransın,
Biri ənsin yerə göydən, biri ərşə ucalsın.
Biri çalsın əl ayaq qəm dənizində,
Biri sahildə sevinc ilə dayansın.
Bir zillət palazın başə çəkib yatsada ancaq,
Birinin bəxti oyansın.
Biri quylansada nemətlərə yersiz,
Biri də qanə boyansın.

Ay adamsız suru adlı, saçlarından dara bağlı !
Neyləmək iş belə gəlmiş, çor gələndə gölə gəlmiş.
Fələyin əyri kəmanında olan ox, atılanda düzə dəymiş,
Dilsizin bağrını dəlmiş.
Əyri qalmış, düzü əymiş.
Onu xoşlar bu fələk,
El srasın sellər aparsın,
Bülbül həsrət çəkərək, gül səmərin yellər aparsın.
Qeysi çöllərdə qoyub,
Leylini məhmillər aparsın,
Xosroni şirin ilə əl ələ versin, kefə dolsun,
Surular solsada solsun?
Biri baş yolsada yolsun,
Sıqsa bir ulduz əgər olmasa ulduzlar içində,
Bu səma zülmətə batmaz.
Daşatan, kül başı qoymuş,
Daşını özgəyə atmaz.
Sən yetiş son hədəfə,
Onda fələk məqsədə çatmaz,
Daha əfsanə yaratmaz.
Suru ey baş bəlalı, zamanın qanlı qəzalı.
Suru bir quşdu xəzan ayrı salıbdır yuvasından,
Əl üzübdür atasından,
Cücədir heyf ola süd görməyib əslən anasından.
O, Züleyxa kimi Yusif iyin almır libasından.
Buna qane di tənəffüs eləyir yar havasından.
Dərd verən dərdə salıb amma xəbər yox davasından
Ağlayıb sıtqayaraq bəhrə aparmır duasından.
O, bir ayinədir, rəssam çəkib üstünə zəngar,
Onda yox qudrət-i güftar,
Üzü çirkin, dili bimar,
Gənc vaqtində dilazar,
Görəsən kimdi xətakar !
Görəsən kimdi xətakar !
                                                                 

Hiç yorum yok:

Yorum Gönder