28 Şubat 2012 Salı

MƏMMƏD ARAZ


Məmməd Araz (1933-2004)

Vaxtında gəlmədin.

Vaxtında gəlmədin.Mən məndim onda,
Qanadım yerində,Qolum yerində.
Mən onda eşqimin ağ otağında
Olsam da, olardım qurum yerində.

Vaxtında gəlmədin. Bir çıxaq yola,
Bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
Qəlbimiz baş-başa sönənə kimi.