23 Haziran 2013 Pazar

MARAĞALI OHƏDİ (Əvhədi marağayi)


GETMƏ GÜLÜM

Bu gecə tək bu gecə məndən uzaq getmə gülüm,
Sən ışıqsan gözümə, həmdə çiraq, getmə gülüm.

Qoy yanımdan gedə hammı bu işə qorxum yox,
Təkcə sən sən ürəyə qəlbə dayaq, getmə gülüm.

Sənin o, gül cəmalindan evimiz cənnət olub,
AxI sənsiz nəyə lazim bu otaq!? getmə gülüm.

Sərxoşam mən bu gecə ah o xumar gözlərdən,
Məni matəm də qoyub, sən bu sayaq getmə gülüm.

Mən sənin vurqununam xəstəsiyəm hicranın, 
Bari et bir gecəlik keyfimi çaq getmə gülüm.

Etinasızlıq edib qaçma vəfa kuyundan, 
Qapının torpağıdır “Ohədi” bax getmə gülüm!

Hiç yorum yok:

Yorum Gönder