SAVALAN
Uçur
ilhamım o quşlar kimi ki Yaz vədəsində
Qovzanır
maavi göyə ta uca baş bir dağa qonsun
Körpə
qartal kimidir
Gah
cəkilir
gözdən itincək
Əylənir gah savalan eşqinə, ağdan- ağa
qonsun
Hər
uca dağ ki görürsən başı qarda ağarandır
Ora
bil ki savalandır.
Amma
yox !
Hər
uca dağ səsimi alsada tez qeytərəcəkdi
Səsi
qeytərmək həman,
yel biləcəkdi
Axı
yel yolçudu getgin o ki söz saxlıya bilməz
Yel
sözü qapdı qaçırdar onu kim haqlıya bilməz
Yel
gedərgindi pıçıldar sözü kollar qulağında
Sözü
qurban eliyər qırnada qanqal ayağinda
Çevirər söz çanağında
Calayar
dağlara hər bir sözü min söz törədəndi
Bilmirəm
sirrı nədəndi
Yel
gedərgindi yeli saxlamaq olmaz
Yelə
bel bel bağlamağ olmaz.