SAVALAN
Uçur
ilhamım o quşlar kimi ki Yaz vədəsində
Qovzanır
maavi göyə ta uca baş bir dağa qonsun
Körpə
qartal kimidir
Gah
cəkilir
gözdən itincək
Əylənir gah savalan eşqinə, ağdan- ağa
qonsun
Hər
uca dağ ki görürsən başı qarda ağarandır
Ora
bil ki savalandır.
Amma
yox !
Hər
uca dağ səsimi alsada tez qeytərəcəkdi
Səsi
qeytərmək həman,
yel biləcəkdi
Axı
yel yolçudu getgin o ki söz saxlıya bilməz
Yel
sözü qapdı qaçırdar onu kim haqlıya bilməz
Yel
gedərgindi pıçıldar sözü kollar qulağında
Sözü
qurban eliyər qırnada qanqal ayağinda
Çevirər söz çanağında
Calayar
dağlara hər bir sözü min söz törədəndi
Bilmirəm
sirrı nədəndi
Yel
gedərgindi yeli saxlamaq olmaz
Yelə
bel bel bağlamağ olmaz.
Amma
sən ey sözü sinəndə közərdən savalanım
Sidqilə
kim gələ zərtöşt becərdən savalanım
Elimin
şanlı dağı başıva minlərcə dolanım
Əridib el qəmi bir yol səni kökdəndə
talansan
Sel
olub qanlı dənizlər kimi dünyayə calansan
Adı
dillərdə qalansan
Savalan
san! , Savalansan!
Savalan
el qəmini bəllidi saxlar sinəsində
Sinəsi
közdü alovdu gizirik insisi vardır nəfəsində
Şairin qəmli səsində algılan saxla, sən
ey el dağı, qəmli qəfəsində
Savalan
alsada hər sirrı sözü dağlara salmaz
Görə
namərd durubdu savalandan səs ucalmaz
Savalanda
tökülən daşları dindir danışarlar
Salsa
aşiq nəfəsin kollara kollar alışarlar
Dədəqorqud
sazı çalsa
Dəli
dümrül baş ucaldar
Bəli
əlbəttə ki yoldaş
başını
yoldaş ucaldar
Səslə
aşiq sazı çalsın
Səsimiz
birdə ucalsın
Oynamaq
lizgiyə dönsün
Kas
şüşəm güzgüyə dönsün
Qoy
verək səs səsə bahəm oxuyaq birdə koroğlu dəlisindən
Həcərin
qoç nəbisindən
O
ki zalimləri məzlumların üstündə əzərdi
O
ki aslan kimi dağlarda yatıb bağda gəzərdi
Oxu
aşiq oxu
Sən
bil o ki tanrı tanıyıbsan
Sözümə
duz calıyıbsan
Sümüyüm
qoy saza gəlsin
Bülbülüm
avaza gəlsin
Yazmişam
eyvaza gəlsin
Güc
alaq qoy dəlilərdən
Bac
alaq əcnəbilərdən.
O
ki bilmir nəbi kimdir
Qoyun
azər elini məsqərə sansın
Bir
ömürdür ki füzulini,
nəsimini danır indidə dansın
Şəhryar tək sən
ucalt başıvı qoy ərşə
dayansın
Qoy
baxar kor tər içində cumuban ölsün-utansın
O
ki axsaqdı yubansın
O
ki türkün dilin əsgitməyə təsvirə salıbdır
O
ki türkün balasın indidə aşqalçı sanıbdır
O
tüfalə bilirəm fikrini tağutdan alıbdı
O
rejimdəndi qalıbdır
Yoxsa
türkün balasından çıxıb əllameyi dövran
ona
dünya baş əyir, bir fəlsəfədə
Bircə
nə iran
Qoy
deyim şəhriyarımdan
Nisgil
o çərçiyə qalsın ki cəvahir nədi qanmır
Fikri
aldatmadadır xalqı elin halinə yanmır
Ərimir ölmür utanmır
Axı
ey qarda dumanda baş ucaldan savalanım
Qəm-i
dünyanı qocaldan savalanım
El bilir dağlar ara hər uca dağlar başı sənsən
Ver
səhəndə əlini qardaşının sırdaşı sənsən
Vergilən
birlik əlin birdə dəmavəndə onun yoldaşı sənsən
Ondan
ayrılma amandı
Yolumuz
çəndi dumandı
Qoy
igitlər sizə fəxr eyliyəbən başın ucaltsın
Qoyma
qartal dolanan yerlərə qozğun əli çatsın
Savalan
çənli çağında
Mənim
ilhamım olarkən
Könlüm
öz sirrı sözün sidqilə söylər savalanə
Savalan
köz qaladar şair olanlar sinəsində
Orda
zərtöşt gedib tanrıdan ilhaamın alanə
Əyirəm baş savalanə!
Əyirəm baş savalanə!
Hiç yorum yok:
Yorum Gönder