13 Ağustos 2014 Çarşamba

Huşəng Cəfəri

YAR GEDƏNDƏ

Baxdım dalısıca yar gedəndə,
Bir yolda dedim baxar gedəndə,
Baxdı qapıdan geçəndə güldü,
Bilmirdi ürək umar gedəndə.
Bağlandı dilim ürəkdən amma,...
Az qaldı çəkəm havar gedəndə,
Getmə, gedisən ! yavaş yavaş get,
Canım bilisən çıxar gedəndə.

Döndər gözünü xumar xumar bax,
Qoyma məni də xumar gedəndə,
Sənsizliyə dözməyim çətindir,
Gəl canımı al qutar gedəndə.

Səndən sonra eşqi neylirəm mən,
Al eşqini də apar gedəndə,
Mehr elə, nəvaziş eylə bəlkə,
Gül bitsin ürəkdə, qar gedəndə.

Mən gör nə deyirdim öz özümlə,
Qol boynuma bir salar gedəndə,
Biçarə ürək bulud kimi dir,
Gördükcə səni dolar gedəndə.

“Huşəng Cəfəri”

Hiç yorum yok:

Yorum Gönder