21 Aralık 2013 Cumartesi

Huşəng Cəfəri


"Yar Ağladı"


Yarın boyun qucaqladım yar ağladı mən ağladım
Yığışdı qonşular bütün car ağladı mən ağladım

Başında qar qalan dağa danışdım ayrılıq sözün
Bir ah çəkib başındakı qar ağladı mən ağladım

Tarımda nar ağacları məni görüb danışdılar
Boyumu zeytun oxşadi nar ağladı mən ağladım


Elə ki əsdi Bir xəzan talandı güllərim mənim
Xəbər çatınca bülbülə xar ağladı mən ağladım

Ürək sözün dedim tara simlər oldu para para
Yavaş yavaş sızıldadı tar ağladı mən ağladım

Dedim ki həq mənimkidir başımı çəkdilər dara
Tənab kəsəndə boynumu dar ağladı mən ağladım

Cəfəriyəm boyum bala ğəm sinəmdə qala qala
Yar canımı ala ala yar ağladı mən ağladım

Hiç yorum yok:

Yorum Gönder