23 Ağustos 2014 Cumartesi

NƏSİMİ


Düşdü yеnə dəli könül gözlərinin хəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, хəyali nə?

Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al еdər, kimsə irişməz alinə.

13 Ağustos 2014 Çarşamba

Huşəng Cəfəri

YAR GEDƏNDƏ

Baxdım dalısıca yar gedəndə,
Bir yolda dedim baxar gedəndə,
Baxdı qapıdan geçəndə güldü,
Bilmirdi ürək umar gedəndə.

16 Ocak 2014 Perşembe

Huşəng Cəfəri

SAVALAN


Uçur ilhamım o quşlar kimi ki Yaz vədəsində
Qovzanır maavi göyə ta uca baş bir dağa qonsun
Körpə qartal kimidir
Gah cəkilir gözdən itincək
Əylənir gah savalan eşqinə, ağdan- ağa qonsun
Hər uca dağ ki görürsən başı qarda ağarandır
Ora bil ki savalandır.

Amma yox !
Hər uca dağ səsimi alsada tez qeytərəcəkdi
Səsi qeytərmək həman, yel biləcəkdi
Axı yel yolçudu getgin o ki söz saxlıya bilməz
Yel sözü qapdı qaçırdar onu kim haqlıya bilməz
Yel gedərgindi pıçıldar sözü kollar qulağında
Sözü qurban eliyər qırnada qanqal ayağinda
Çevirər söz çanağında
Calayar dağlara hər bir sözü min söz törədəndi
Bilmirəm sirrı nədəndi
Yel gedərgindi yeli saxlamaq olmaz
Yelə bel bel bağlamağ olmaz.