8 Ekim 2015 Perşembe

TÜRK DİLİNİN TARİXİ


Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsi olduğundan onun keçmişi haqqında tam məlumat almaq üçün türk dilinin tarixinə diqqət yetirmək lazımdır.
Son dövrün araşdırmalarına görə, türklər və türk boyları haqqında məlumatlara e.ə. III-II minilliyin qaynaqlarında rast gəlinir. Ancaq bəzi arxeoloji və paleontoloji bilgilərə görə, türklər e.ə. IX-VIII əsrlərdə artıq tarix səhnəsinə çıxmışdılar. Tarixə dəyişik boy, qəbilə, soy adları ilə çıxan, eyni kökə bağlı, dil, din, irq və mədəni birliyini qoruyan bu etnos təbii ki, türk adını da çox qədimdən bəri yaşatmaqdadır. Tam dəqiq olan budur ki, türk adını daşıyan bu etnos V-VIII əsrlərdə müasir Monqolustan ərazisində Göytürk xaqanlığını qurmuşlar. Mərkəzi Monqolustanda olan Göytürk xaqanlığı qərb tərəfdən Orta Asiyanı birləşdirən, sərhədləri Qara dənizə qədər uzanan böyük xaqanlıq olmuşdur.  

FÜZULİ

Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı?

Qəmi bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?

7 Ekim 2015 Çarşamba

ŞƏHRİYAR

SƏHƏNDİYYƏ

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
başı tufanlı Səhəndim
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Son ipək telli buludlarla üfüqdə sarışıbsan
Savaşırkən barışıbsan

Göydən ilham alalı sirri səmavata deyərsən
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
Qoradan halva yeyərsən

Döşlərində sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çeşmələrin var
O yaşıl telləri yel hörmədə, aynalı səhərdə
İşvəli eşmələrin var
Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın,
Yanlarında dərələr var
Qoy qələmqaşların uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr var, sıldırımlar, sərələr var
O ətəklərdə nə qızlar yanağı lalələrin var
Quzular otlayaraq neydə nə xoş nalələrin var
Ay kimi halələrin var

ŞƏHRİYAR

 
XAN NƏNƏ !

Xan nənə! hayanda qaldın
Belə başıva dolanım
Necə mən səni itirdim?
Da sənin tayın tapılmaz
Sən ölən gün əmmə gəldi,
Məni getdi ayrı kəndə
Mən uşaq nə anlıyaydım?
Başımı gatıp uşaqlar
Neçə gün mən orda galdım.
Gayıdıp gələndə baxdım
Yerivi yığışdırıplar
Nə özün və nə yerin var.
"Hanı Xan nənəm?"-Soruşdum.

6 Ekim 2015 Salı

HƏBİB SAHİR


MƏNDƏN SALAM DEYİN GÖZƏL TƏBRİZƏ

Şəfəqlərdə uçan axşam quşları
Məndən salam deyin gözəl Təbriz'ə
Qatar ilə gedən vətənə sarı
Arxadaşlar, bir baş vurun da bizə

Açın mənim taxta sınıq qapımı
Görün əziz anam yoldan gəldi mi
Uşaqlarım görün unutmuş qəmi
Yoxsa ölüm aclıq verib diz dizə

HƏBİB SAHİR

YURD MAHNISI

Bir yerdə savaş qopsa da,
Bir yerdə barışdı.
Bax ASTARADA güllü bahar,
XOYDA da qışdı.
Əlvandı sarı dağlarımız
Sanki naxışdı.
Başdan-başa AZƏRBAYCAN
Baği-canandı.
Mavi XƏZƏRİN pərdəsi
Min rəng çalandı.
El ordusudur, qalası
Qarlı SAVALANDI.
Yurdumda axar çaylar,
Üzüm bağları vardır.

5 Ekim 2015 Pazartesi

SƏMƏD VURĞUN

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

BƏXTİYAR VƏHABZADƏ


ANA DİLİ

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.


Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


SƏMƏD VURĞUN

(“Muğan” poemasından)
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

4 Şubat 2015 Çarşamba

HƏBİB SAHİR



ARZI....

İstərəm qəmli və tufanlı gecə yolçulara
Bir fanus tək ya da qutb ulduzu tək rəhbər olam.
İstərəm yay günü çöllərdə axar bir su olub
Dum-duru gözyaşı tək yolda çuxur içrə dolam.
İstəməm nəqş-u nigarım qala şe'rim oxuna
İstərəm bir sızı həsrət tək ürəklərdə qalam.
Unudursa məni el, çəkməsə tarix adımı
İstərəm ay təki yurd üstə gecə şövq salam.