19 Ekim 2011 Çarşamba

Bulud Qaraçorlu


Bulud Qaraçorlu (1926-1979)
QARAÇIQ ÇOBAN
Qazanxanın evinin yığmalanması
Səhəndin Dədəqurqud ilə xəyalda dərdləşməsi :

Dədə məlul-məlul baxır üzümə,
Baxışında aydın bir incilik var,
Oladın (evladın) pərişan natəvan görsə,
Şübhəsiz hər ata mükəddər olar.

Oğul niyə məndən himmət istərsən?
Torpaq əsirinin əlində nə var?
Hər aşığın beş gün dovranı vardır,
Hər əsrin özünün bir "qurqudu" var.

Kim öz sirvətin qəbrə aparməş?
Ya hansı atanı gördün dünyada,
Ömründə çalışıb qazandığını,
Bıraxıb getməyə axır, ovlada (evlada)?

Mən öz həyatımda hər nə qazandım,
Ağıldan kəmaldan, elmo-zəkadan,
Toxum ələyib bu yerdə əkdim,
Sizlərə tapışırdım öldüyüm zaman.

Ancaq hər oğulun özünə qalır,
Ata sirvətındən nəcür (necə) barına,
Bir gün kül edib göyə sovura,
Yadaki qat-qatda , artıra ona.

Biz əgər baş uca , igit yaşadıq,
Namərdə əymədik onu heç zaman,
Yad elli düşmənə təslim olmadıq,
Qanımız axdıqca damarımızdan.

Dörd əlli tutmadıq biz bu dünyanı,
Həyatı, şərəfdə, mərdlikdə bildik,
Yaşadıq, şərəfli yaşamaq üçün,
Savaşdıq, vuruşduq, öldürdük, öldük.

Göylərdə yurd saldıq qaranquş kimi,
Qarqa quzğun olub, ləşə qonmadıq,
Aslantək cəblərdə yataq eylədik,
Tülkütək gündə min kələk yonmadıq.

Namərdə mərd olduq, həqqə qul olduq,
Yaxşıya yaxşı olduq, yamana yaman,
Əlsizləri əzib ayaqlamadıq,
Amansız düşmana, vermədik aman.

Oğul nə gərək dədənin malı,
Əgər oğul olsa, əgər mərd olsa,
Atanın sirvəti hara çatacaq,
Oğul dədəsinə yaman yaman dərd olsa.

Atanın adını batıran oğul,
Atanın yurdunda qalmasa iyidir,
İgitdə, igitlik, namus, ar gərək,
Namussuz oğullar olması iyidir.

Oğul niyə məndən himmət istərsən?
Torpaq əsirinin əlində nə var?
Hər aşığın beş gün dovranı vardır,
Hər əsrin özünün bir "qurqudu" var.

Mən öz zəmanəmi yaxşı tanıdım,
Yaxşı yol göstərdim, yaxşı yol getdim,
Elimə ustad bir gəmiçi oldum,
Tufanlardan keçdim, sahilə yetdim.

Səndə öz əsrini dərindən tanı,
Gəz-dolan zamanın "qurqudun" axtar,
Reket devranında, ətom əsrində,
Əprimiş "qurqud"dan sizə nə çıxar?

Hər zaman baş uca yaşamaq üçün,
O əsrin hünərin öyrənmək gərək,
Ataya güvənmək hünər deyildir,
Dünyada hünərə güvənmək gərək.

Get qoca dədəndən himmət diləmə,
Himmət verəcəksən, himmətin olsa,
Atanın çırağın yanar saxlayan,
Şərəfin, hünərin, qeyrətin olsa!

Mənimdə əlimdən bu gəlir ancaq,
Səni keçmişimlə eyləyim tanış,
Baş uca yaşamaq istəsən əgər,
Bax gör babaların necə yaşarmış.

Mən bu dünyalarda gəzişən zaman,
Bilmirəm nə zaman yuxum aparmış,
Ya mənim könlümü röyalar alır,
Yadakı posozun yağı qurtarır.

Bir zaman ayıldım açdım gözümü,
İşıq qaranlığı basıb boğurdu,
Gecənin şəlməsi qana batmışdı,
Səhər açılırdı, günəş doğurdu,

Dədəmin əprimiş, tozlu kitabın,
Bir abidə kimi, qucaqlamışdım,
Gecəmi səhərə çatdırmışdımsa,
Bir varaqdan artıq oxumamışdim.
                                     
                          "Bulud Qaraçorlu - Səhənd"



Hiç yorum yok:

Yorum Gönder