Şəhriayar (1906-1988) |
Döyünmə - Söyünmə
"Şəhriyarın süleyman rüstəmə yazdığı cavab"
Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?
Qardaş deyə bir ömr, soraqlaşmaq olurmuş?
Birdəndə bu qardaşla, qucaqlaşmaq olurmuş?
Bunlar belə ki ərz elədim, gəldi və oldu.
Mən hər nə məhal fərz elədim, gəldi və oldu.
Biz ayrılalı qərndi, qardaşlarımızdan
Ləşlər kimi ayrı düşəli başlarımızdan
Üzmüş əli qafqazlı qarındaşlarımızdan
Gör mən nə hal ollam bu qızıl gülləri tapsam,
Qardaş! Gözüm axtarmada qoy bir səni tapsın
Eşqim, tiliaim dağları fərhad kimi tapsın
Düşmən varsa, əmcəyini təndirə yapsın
Həsrət qalalı biz sizə, bir qərn yarımdır
Ağlar gözüm şahidi, şeirim, setarımdır.
Öyrəş "qaşalan həlmə" gözü qaşdan ayırmış
Cəllad qəməsilə bədəni başdan ayırmış
Candan ciyəri, qardaşı – qardaşdan ayırmış
Bir millətə dünya boyu, bir faciə doğmuş
Biz ellərin o qəhrəman ehsasını boğmuş.
Yatsım yava gözlər, hələlik bəxti oyatdım
El – arxama çatdıqca bu gün arzuma çatdım
Qardaş səni tapdıqca, qəmü - qüssəni atdım
Sankı bakını, gəncəni verdin mənə qardaş
Tapdım elimi – arxamı, qurban sənə qardaş
Sən təvil alırsan məni qardaş da sanırsan
Minlər yad içində məni qardaş da sanırsan
Qəlbimdə, dilimdə nə sözüm varsa qanərsan
"Rüstəm" bakıdan söylə mənə can sənə qurban
Təbriz sənə layıq nəsə? Tehran sənə qurban
Qardaş yenə sənsən ki dalımda dayanıbsan
Qardaş yatabilməzsə, uyubkən oyanıbsan
Mən hər oda yanmışsam, ona səndə yanıbsan
Yad qardaş olanmaz bizə, qardaşda yad olmaz
Qəlbim sən ilə şad olu, sənsiz də şad olmaz.
Sizlərcə böyük inqilabız, xəlqi ayıtdı
Çapqın mal olan, mal – davar olsun da qayıtdı
Amma bizim insanlarımız getdi ki getdi !
Qafqaz qayıdıb dönmədi öz kəj mədarından
Qismət hələ yox şəhriyara "Bəxtiyar"ından!
"Rüstəm" sənə qurban bu səlamı götürürsən
O, qəhrəman ellərdə gəzərkən, yetirirsən
Ordanda gələndə, bizə şadləq gətirirsən
Denə "domurol" borcunu düşman yıxabilməz
Qardaş nə qədər yadlaşa, yaddan çıxabilməz!
Sarqındı o susənlərə, sünbüllərə könlüm
Bülbül kimi qandır, o qızıl güllərə könlüm
"Vahid"lərə, "Qabil"lərə, "Bülbül"lərə könlüm
Şair olalı burcalı "sabir"lərə ruhum
"Vurğun"du "Süleyman" kimi sahirlərə ruhum
"Rahim"li, "Süleyman", görüm "Bəxtiyar" olsun
"Gülgün" bacım, "Azər" qadını bərqərar olsun
"Usman" , "Nəbi", "Korçaylı", "Rəsul", "Tudə" var olsun
Fürsətdə "Səhənd"ilə sizə gül səpərik biz
Hər göz sizi görmüşsə, o gözdən öpərik biz.
Eşqində könül göz yola tikmiş, yarı gözlər
Könlüm yar itirmiş, arayə - axtarı gözlər
Dil səbr eləyib dinməzsədə, yalvarı gözlər
Aşıq gözüdür, çeşmeye zəmzəm də deyərlər
Hicran odudur, narı cəhənnəmdə deyərlər
Bir gün olur ki, fatihə biz sağ – sola verrik
Dünya hamı bir millət olub qol – qola verrik
Düşməndə məhəbbət tapa, bizlər yola verrik
Qardaş özünə həsrət olub çəkməm o gün ah!
Xəlqi oda yandırmağa, bir tək qallı Allah!
"3, Dekabr, 1970"
TÜRKÜN DİLİ !
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
"1969"
Bu yorum bir blog yöneticisi tarafından silindi.
YanıtlaSil