Yəhya Şeyda (1924-2011) |
MƏDİNEY-İ FAZİLƏ
Dərya quşuyam, sarsıda bilməz məni tufan,
Neylər bir ulu dağə əgər püsgürə vulqan?
Tufanda nə qudrət ki, məni salsın ayaqdan,
Eldən di gücüm, el kökünə bağlıyam hər an.
Kəskin qələmim oldu gücüm, el nəfəsimdən,
Ta camiənin dərdlərinə , eyləyə dərman.
Ey şanlı müqəddəs ana, ey köhnə diyarım,
Sənsən verən aləmdə mənə ne`mət-ü izzət,
Sənsən mənə şeirimdə olan,sevgili canan.
Ey şanlı vətən, yaxşı bilirsən ki yolunda,
Oldu yatağım, çox gecə-gündüzləri zindan.
Lakin məni qorxutmadı dəhşətli bu halət,
Milçək qanadı yetmədi imanıma nuqsan.
Düşmən dilimin məhvinə hər yanda çalışdı,
Axırda o şum məqsədinə, tapmadı imkan.
Gündən-günə ölməz dilimin şöhrəti artdı,
Göstərdi ki dil məh olmaz, məhv olu düşmən.
Biganə dili, olsada bal, ağzımı sancar,
Öz doğma dilimdir ki, şirindir mənə baldan!
Bir belə həqiqət səsi yüksəlmədə, əfsus,
Hər əsrdə haqsızlığa, məhkum olub insan.
Çox haqq-ı bəşərdən dedilər ləfzdə, amma,
Mə`nada nədən çatmadı öz haqqına bir an?
Bir yerdə ki, həqsizlik aşar başdan, o yerdə,
Lazımdı ki ellər-obalar eyləsin insan.
Asan oli hər müşgül, əgər olsa iradə,
Olmaz kişi aləmdə çətinlikdə hərasan.
Qət`ən çatar evladı vətən haqqına bir gün,
O gün ki ərbab-i sitəmgər oli, nə xan.
Qəm çəkmə könül, bir yeni dövran olar onda,
Şadlıqdan olar solğun ürəklər daha xəndan.
Əsrin dili zəhmətkeşə onda deyər əlbət :
Çap qəzbkarın nəşinə, bu at, bu da meydan!
Görsən boyasız qaldı vətən gülşəni onda,
Al qanınilə elə vətən torpağın əlvan.
Çoxlar diləyir vəslət-i cananı, və lakin,
Cananı atar, təhlükəyə düşsə əgər can.
Yazdım bu gözəl şeiri “Nizami” sayağında,
“Hüsnün gözəl ayətləri, ey sevgili cananın”.
Min fırtına, başından aşıb, dağ kimi durdun,
Min rəngə boyandırmadı “Şeyda”nı bu dövran.SARI KÖYNƏK
Ay xəstə quş, avarə gəzirsən bu diyarı,
Zindandı, qəfəsdi; çəməni, bağı, baharı!
Gözlə özünü, ovçudu hər yanı bu yurdun,
Quzğun kimi dörd gözlü gəzir körpə şikarı!
Zindandı, qəfəsdi; çəməni, bağı, baharı!
Gözlə özünü, ovçudu hər yanı bu yurdun,
Quzğun kimi dörd gözlü gəzir körpə şikarı!
Fürsət dalınca gəziri, əl yeri tapsa:
Viran qoyacaq yurdumu, ay köynəgi sarı!
Tik öz yuvanı, qoyma sənə əl tapa ovçı,
Sən bu yuvanın sahibisən, qan daha barı!
Viran qoyacaq yurdumu, ay köynəgi sarı!
Tik öz yuvanı, qoyma sənə əl tapa ovçı,
Sən bu yuvanın sahibisən, qan daha barı!
Cəhd elə ki, can qurtarasan ovçu əlindən
Düşsən tora, fəryad eləmə, çək bu fişarı!
Gülşəndə ki, yox zövqü səfa, ay sarı köynək,
Qaç, qaç! Bu yerin zəhərlidir darü nədarı!
Düşsən tora, fəryad eləmə, çək bu fişarı!
Gülşəndə ki, yox zövqü səfa, ay sarı köynək,
Qaç, qaç! Bu yerin zəhərlidir darü nədarı!
Dillənsən əgər ovçu edər qanına qəltan
Uçsan, a yazıq, tiri-cəfa qəlbini yarı!
Min fırtına qalxıb, dökəcək başına tufan!
Hər kimdə ola dağ kimi dünyada vüqarı!
Uçsan, a yazıq, tiri-cəfa qəlbini yarı!
Min fırtına qalxıb, dökəcək başına tufan!
Hər kimdə ola dağ kimi dünyada vüqarı!
Gəlsə nə qədər dərdü bəla, dağ kimi dur, bax!
Aydındı bu söz: “Tüstü gedər göyçəyə sarı”
İstir səni səyyad özünə ram edə, amma
“Uyquda görər ac toyuq əlbəttə ki, darı!”
Aydındı bu söz: “Tüstü gedər göyçəyə sarı”
İstir səni səyyad özünə ram edə, amma
“Uyquda görər ac toyuq əlbəttə ki, darı!”
Səndən də hələ, xəstəsi, biçarəsi vardır!
Yox zərrəcə asayişi, yox zərrə qərari!
Bu yaxşı məsəldir ki, bizim eldə demişlər:
“Bir bax aşağı, baxma özündən də yuxari!”
Yox zərrəcə asayişi, yox zərrə qərari!
Bu yaxşı məsəldir ki, bizim eldə demişlər:
“Bir bax aşağı, baxma özündən də yuxari!”
Qəm-qüssə, o dar qəlbivi geri dögsə sıxılma!
Bu gün də keçər axiri, qəmlər də qutari!
Onda ki, çıxar gün, yayılar aləmə birdən;
Onda ki, qara dan yeri sübh olcaq ağari;
Bu gün də keçər axiri, qəmlər də qutari!
Onda ki, çıxar gün, yayılar aləmə birdən;
Onda ki, qara dan yeri sübh olcaq ağari;
Dağ daşı asudə xəyal ilə gəzərsən,
Gülşəndə nə şaxta görərsən, dağda nə qarı.
Zülmün evi viran olı, ovçu düşər əldən,
“Qan durmaz əgər kəssə pıçaq, qırsa damarı”
Gülşəndə nə şaxta görərsən, dağda nə qarı.
Zülmün evi viran olı, ovçu düşər əldən,
“Qan durmaz əgər kəssə pıçaq, qırsa damarı”
Bəxtin qapusi indi qıfıllansa, darıxma!
Hər bir qıfılın vardı təbiətdə açarı!
Öz canun ilən oynama bu arsada Şeyda!
Leylacı-dəgalbazilə qızdırma qumarı!
Hər bir qıfılın vardı təbiətdə açarı!
Öz canun ilən oynama bu arsada Şeyda!
Leylacı-dəgalbazilə qızdırma qumarı!
"1964"
Hiç yorum yok:
Yorum Gönder