XAN NƏNƏ !
Xan nənə! hayanda
qaldın
Belə başıva
dolanım
Necə mən səni
itirdim?
Da sənin
tayın tapılmaz
Sən ölən gün
əmmə gəldi,
Məni getdi
ayrı kəndə
Mən uşaq nə
anlıyaydım?
Başımı gatıp
uşaqlar
Neçə gün mən
orda galdım.
Gayıdıp gələndə
baxdım
Yerivi
yığışdırıplar
Nə özün və nə
yerin var.
"Hanı
Xan nənəm?"-Soruşdum.





