SƏHƏNDİYYƏ
Şah dağım, çal
papağım, el dayağım, şanlı Səhəndim,
başı tufanlı Səhəndim
Başda Heydərbaba
tək qarla, qırovla qarışıbsan
Son ipək telli
buludlarla üfüqdə sarışıbsan
Savaşırkən
barışıbsan
Göydən ilham
alalı sirri səmavata deyərsən
Hələ ağ kürkü
bürün, yazda yaşıl don da geyərsən
Qoradan halva
yeyərsən
Döşlərində
sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çeşmələrin
var
O yaşıl telləri
yel hörmədə, aynalı səhərdə
İşvəli eşmələrin
var
Qoy yağış yağsa
da yağsın, sel olub axsa da axsın,
Yanlarında dərələr
var
Qoy qələmqaşların
uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr
var, sıldırımlar, sərələr var
O ətəklərdə nə qızlar
yanağı lalələrin var
Quzular
otlayaraq neydə nə xoş nalələrin var
Ay kimi halələrin
var