13 Ocak 2016 Çarşamba

MİKAYIL MÜŞFİQ

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938[1]) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir.[2].Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

26 Kasım 2015 Perşembe

ŞƏHRİYAR

HEYDƏRBABAYA SALAM
BİRİNCİ HİSSƏ

Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.

Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib acanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

16 Kasım 2015 Pazartesi

MİR MEHDİ ETİMAD (NATİQ)

Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) 1900-cu ildə Təbrizdə ziyalı ailəsində dünyaya gəlmişdir. Doğulduğu şəhərdə Molla Yusifin köhnə tərzli təhsil verən məktəbində dini təhsil almış, sonra təhsili Mirzə Əbülqasım Xanın yeni tərzli təhsil verən məktəbində davam etdirmişdir. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsili başa vurmuşdur. Burada bir çox elmlərə yiyələnən Etimad bununla kifayətlənməmiş, ədəbiyyat biliyini genişləndirməyə başlamışdır. Gənc yaşlarından ədəbiyyata bağlanan Mir Mehdi Etimad İranda azadlıq şüarlarını dilə gətirən ilk şairlərdən idi. 

NAZİM HİKMƏT

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

31 Ekim 2015 Cumartesi

İMADƏDDİN NƏSİMİ

"SIĞMAZAM"

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zatinədir bidayətim,
Sən bu nişanda bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanı zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

18 Ekim 2015 Pazar

SƏSLƏRİN (HƏRFLƏRİN) YAZILIŞ QAYDALARI

I. Ünlü səslərin (Səsli hərflərin) yazılışı

1. İlk səsi bəzən e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək, erkək, ehkam vb.

2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.

3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır: a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb. b) ə ilə yazılan sözlər;örn.: çəkic, çəkmək, çəyirtkə, pəncərə vb26.

4. İlk hecasındakı ünlü səsi tam sabit olmayıb ö, e, o, ü, ə ünlülərindən bir neçəsinin iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə, nöqsan, nöqtə, hökumət vb.

5. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi həm ə, həm də i ilə deyilən sözlər ə ilə yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb.

ŞƏKİLÇİLƏRİNİN YAZILIŞ QAYDALARI

Dilçilikdə sözün tərkib hissələri kök və şəkilçi olmaqla iki yerə ayrılır. Akademik çalışmaları bir yana qoysaq, geniş yayılmış düşüncəyə görə, kök – sözün ayrılıqda işlənə bilən və leksik anlam daşıyan hissəsidir; Ģəkilçi isə sözün ayrılıqda işlənə bilməyib yalnız kökə artırılan və leksik anlam daşımayan hissəsidir. Adətən, yazıda şəkilçidən öncə cızqı (defis) işarəsi qoyular və neçə cür yazılması şəkilçinin üstündə rəqəmlə göstərilər; örn.: -lar2 (yəni bu şəkilçi -lar və -lər olmaqla iki cür yazılır), -çı4 (yəni bu şəkilçi -çı, -çi, -çu və -çü olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz; örn.: -gil, -varı vb.

Azərbaycan türkcəsinin bütün şəkilçiləri kökə artırılarkən yazılış tərzindən asılı olaraq iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.

SEYID ƏBÜLQASİM NƏBATİ

Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış nəbati tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı.Şair qoşmalarının birində öz əsil-nəsəbi haqqında məlumat verərək yazır:

Meydani-eşq içrə səyirtdim atı,
Müxəssər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haçimi, əslimiz ərəb.

17 Ekim 2015 Cumartesi

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA (YAZI) QAYDALARI

Saitlərin yazılışı
“O” saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.

“Ü” saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.

Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

16 Ekim 2015 Cuma

MƏMMƏD ARAZ

YA  RƏBBİMBU DÜNYA SƏN QURAN DEYİL

İnsandan insana körpümüz sınıb,
Ya rəbbim, hamımız sənə sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,