22 Kasım 2011 Salı

SƏMƏD BEHRƏNGİ

Səməd Behrəng (1939-1968)
Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Təbriz şəhərində, fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada "Tərbiyyət" məktəbində almışdır. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxmışdır. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazmışdır.

19 Kasım 2011 Cumartesi

BULUD QARAÇORLU (SƏHƏND)

Səhənd (1926-1979)
HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYAR'A

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?

BULUD QARAÇORLU (SƏHƏND)


Mənim məsləyimdə, mənim yolumda
Millətlər hamısı dostdur, qardaşdır

Bulud Qaraçorlu 1305 ilində (1926 ilində) Marağa şəhərində anadan oldu. Doğum günündə yağışın yağması səbəb oldu ki atası onun adını Bulud qoysun. Ancaq Pəhləvi rejiminin kimlik mərkəzi bu adi münasib!! görməyib və onun adını Bəhlud yazdılar!.

Bulud Qaraçorlu, Pəhləvi rejiminin boğuntusunda "Sazımın sözü" adlı şer kitabı ilə iranda yasaq olunmuş Türk dilinin gücünü bir daha isbat edib, Azərbaycan xalqına bir çırağ kimi yol göstərən oldu.

3 Kasım 2011 Perşembe

Məhəmmədhüseyn Şəhriyar


Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 - 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir.

1 Kasım 2011 Salı

Nizami Gəncəvi


Nizami Gəncəvi (1141-1209)

Başdan ayağa göz oldu özünü görmək için,
Ey üzü gül, saçı sünbül, boyu ərər nərgis.

Uz vurub toprağa o üzləri özlər lalə,
Göz açıb bağda ol gözləri gözlər nərgis.

Hanı ağzın kimi bir şivəyə məzhər qunçə?
Hanı çeşmin kimi bir nəvr müsəvvər nərgis.

Dəhənin hoqqəsinin dorci ləbaləb gohər,
Gözlərin xanəsinin bağı sərasər nərgis.

Asem Ərdəbili


Asem Ərdəbili

Qanlı səhər kitabından bir tükü şeir

Faləyin qanlı əlindən bir atılmış yerə endi,
Bir fəlakət ananın can şirəsindən südün əmdi,
Bollu nisgil şələsin çiyinə aldı,
Tay tuşundan dalı qaldı,
Sarı gül misli saraldı
Günü tək bağrı qaraldı
Xan çobansız selə tapşırsın özün,
Yurdumuza bir sara geldi
Bir vefasız yar əlindən yara gəlməz sana gəldi.

HABİB SAHİR


HABİB SAHİR , HƏSRƏT ŞAİRİ

"Həmd olsun aləmlərin mehriban tanrısına, qiyamət günlərinin ağasına, Yarəb bizlər sənə qulluq edər və səndən yardım dilər, Yarəb göstər lütfən bizlərə doğru yolu, o yol ki yolsuzların, azğınların yolu deyil"

Bu fatihə surəsinin, Həbib Sahirin qələmi ilə Azərbaycan türkçəsinə çevirilmişidir!
Həbib Sahır İranın şeirində bir başa öncülüdür və yeni türk şeirinin (ağ şeirin) atasıdır. O divan-ı ədəbiyyatı kökündən dəyişib və əskı mövzuları qaranlıqlara buraxıb və klasik qalıblərində isə şeir yazmış olsada qalıblərə qalib gəlib və nəhayət yenili ilə zəfər çalıb. Həbib Sahir bir böyük insan olaraq şeirin tanış adıdır.

Məmməd Səid Ordubadi


Ordubadi Məmməd Səid (24.3.1872, Ordubad şəhəri, 1.5.1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1938). Şair Fəqir Ordubadinin oğludur. İlk təhsilini mollaxanada almış, sonra isə görkəmli maarifçi M. T. Sidqinin yeni üsullu "Əxtər" məktəbində oxumuşdur. Atasını erkən itirdiyindən şəhərdəki ipək fabrikində fəhləlik etmişdir.
 Yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, zəmanənin haqsızlıqlarını tənqid edən şerlər yazmışdır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. 

Hüseyn Cavid


Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə, 24.10.1882, Naxçıvan şəhəri - 5.12.1941, Rusiya, İrkutsk vilayəti) - şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslubda ilk şerlərini də "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

Mirzə Ələkbər Sabir


Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:

Xəlil Rza Ulutürk


Xəlilov Xəlil Rza oğlu - şair, tənqidçi, ədəbiyyatşünas, 1954-cü ildən Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1985), aparıcı elmi işçi (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundzadə adına ədəbi mükafatın laureatı (1991), Azərbaycanın xalq şairi (1992).

1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Salyan şəhərində 2 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsiniin jurnalistika şöbəsində təhsil almışdır (1949-1954).

Süleyman Rüstəm

Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.

Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.