31 Ekim 2015 Cumartesi

İMADƏDDİN NƏSİMİ

"SIĞMAZAM"

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zatinədir bidayətim,
Sən bu nişanda bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanı zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

18 Ekim 2015 Pazar

SƏSLƏRİN (HƏRFLƏRİN) YAZILIŞ QAYDALARI

I. Ünlü səslərin (Səsli hərflərin) yazılışı

1. İlk səsi bəzən e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək, erkək, ehkam vb.

2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.

3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır: a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb. b) ə ilə yazılan sözlər;örn.: çəkic, çəkmək, çəyirtkə, pəncərə vb26.

4. İlk hecasındakı ünlü səsi tam sabit olmayıb ö, e, o, ü, ə ünlülərindən bir neçəsinin iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə, nöqsan, nöqtə, hökumət vb.

5. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi həm ə, həm də i ilə deyilən sözlər ə ilə yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb.

ŞƏKİLÇİLƏRİNİN YAZILIŞ QAYDALARI

Dilçilikdə sözün tərkib hissələri kök və şəkilçi olmaqla iki yerə ayrılır. Akademik çalışmaları bir yana qoysaq, geniş yayılmış düşüncəyə görə, kök – sözün ayrılıqda işlənə bilən və leksik anlam daşıyan hissəsidir; Ģəkilçi isə sözün ayrılıqda işlənə bilməyib yalnız kökə artırılan və leksik anlam daşımayan hissəsidir. Adətən, yazıda şəkilçidən öncə cızqı (defis) işarəsi qoyular və neçə cür yazılması şəkilçinin üstündə rəqəmlə göstərilər; örn.: -lar2 (yəni bu şəkilçi -lar və -lər olmaqla iki cür yazılır), -çı4 (yəni bu şəkilçi -çı, -çi, -çu və -çü olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz; örn.: -gil, -varı vb.

Azərbaycan türkcəsinin bütün şəkilçiləri kökə artırılarkən yazılış tərzindən asılı olaraq iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.

SEYID ƏBÜLQASİM NƏBATİ

Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış nəbati tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı.Şair qoşmalarının birində öz əsil-nəsəbi haqqında məlumat verərək yazır:

Meydani-eşq içrə səyirtdim atı,
Müxəssər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haçimi, əslimiz ərəb.

17 Ekim 2015 Cumartesi

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA (YAZI) QAYDALARI

Saitlərin yazılışı
“O” saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.

“Ü” saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.

Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

16 Ekim 2015 Cuma

MƏMMƏD ARAZ

YA  RƏBBİMBU DÜNYA SƏN QURAN DEYİL

İnsandan insana körpümüz sınıb,
Ya rəbbim, hamımız sənə sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,

MƏMMƏD ARAZ

DÜNYA SƏNİN, DÜNYA MƏNİM...

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

15 Ekim 2015 Perşembe

MƏMMƏD ARAZ

Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Həyatı
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir.

11 Ekim 2015 Pazar

Ana dilimizin yazı qaydaları (2)

Güney Azərbaycanda yazı dilimiz məcburən Farsca olduğu üçün Farscanın təsiri həm təfəkkürümüzdə həm də Türkçə yazdığımızda özünü göstərməkdədir. Mesela Fars dilində “və” bağlayıcısı çox istifadə edilməkdədir. Bu üzdən də uzun uzun cümlələr yaranır ki, bu şəkildə cümlə quruluşu, Türk dilinin özəlliyi deyildir. Türk dilinin böyük bir özəlliyi fikiri ən qısa yolla ifadə etməkdir. Bu səbəbdən də Türkcədə “və” bağlayıcısı yerinə daha çox nöqtə istifadə edilir. İfadənin yığcam və rahat şəkildə olunması Türk dilinə aid olan bir özəllikdir.

Ana dilimizdə cümlənin içində vergülün harda istifade edilməsi Güney Azərbaycanda hələ də anlaşılmış deyildir. Vergül, Türkcəmizdə nə zaman və harda istifadə edilir?

Ana dilimizin yazı qaydaları (1)

Ana dilimizdə oxumadığımız və yazı alışqanlığımızın olmaması üçün yazdığımız zaman bəzı əngəllərlə qarşılaşırıq. Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq, ancaq yene de Ərəb əlifbasında belə “ək”lərin (şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı haqda ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya çıxdıqdan sonra Latın əlifbasında yazışmaq məcburiyəti ortaya çıxdı. Əslində bu özü özlüyündə bizim dilimiz üçün bir şans oldu. Yəni əlifba birliyinin yaranmasına internet dünyası böyük yardım etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci vahidi əlifbadır. Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir. Latın əlifbasının dilimizə çox uyğun və yatğın olduğunu bir çox alimlər söyləmişlər. Bu uyğunluq və yatğınlıq səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın əlifbasına keçmişlər.