İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) (1895, Bakı - 1 oktyabr 1965, Bakı) — Azərbaycan şairi, qəzəlxan, Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.