Məndə sığar
iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan
mənəm, kövnü məkana sığmazam!
Ərş ilə fərşü
kafu nun, məndə bulundu cümlə çun,
Kəs sözünü və
əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır
ayətim, zatinədir bidayətim,
Sən bu
nişanda bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanı
zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən
bilir ki, mən zənnü gümanə sığmazam.